00:20 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Müğənni Fədayə Laçın

Fədayə Laçın azadlıqda

© Photo: Facebook / fedaye.lacn
MƏDƏNİYYƏT
Qısa URL
258 0 0

Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib

BAKI, 29 oktyabr — Sputnik. Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın azadlığa çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, o, 1 saylı Bakı İstintaq Təcridxanasından səhər 08:30-da azadlığa buraxılıb. Bacısı İlahə Fədanın açıqlamasına görə, Fədayə Laçın anasının yaşadığı Buzovna kəndindəki evinə gəlib.

Jurnalistlər önünə çıxan F.Laçın "bundan sonra məni sevənləri üzməməyə çalışacam" deyib. Hər kəsə təşəkkür edən F.Laçın sənət yoldaşlarının onu ziyarət edib-etməməsi sualına belə cavab verib:

"Ziyarətə gəlməyə icazə olmadığı üçün onlarla təcridxanada görüşməmişəm. Yanıma gəlməsələr də, bu müddət ərzində ailəmə dəstək olublar."

Qeyd edək ki, müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O,  2017-ci il oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.

Əsas mövzular