Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İmam Həsənov: "Sənədli film institutunun bünövrəsini qoyuruq"

© Sputnik / Murad OrujovРежиссер Имам Гасанов
Режиссер Имам Гасанов - Sputnik Azərbaycan
Abunə olmaq
"DokuBaku Lab" adlı film məktəbini yaratmışıq. Bu bizə gələcəkdə bir institut kim də fəaliyyət göstərməyə yardımçı olacaq”

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan "DokuBaku" növbəti dəfə baş tutan festivalına yekun vurub. Paytaxt Bakıda baş tutan festival 2 – 6 oktyabr tarixində rejissorları başına toplamağı bacarıb. Festivalın nəticələri ilə bağlı həmsöhbət olmaq üçün "DokuBaku"nun rəhbəri rejissor İmam Həsənovu redaksiyamıza dəvət etdik.

- Festival barədə məlumat verərdiniz?

- Doku Baku film festivalı 2016-ci ildə təsis olunub. Növbəti ilin yəni 2017-ci ilin oktyabr ayında ilk festival keçirilib. Çexiyalı prodüser Veronika Yanatkova ilə həmin vaxt qərara gəldik ki, regionlarda insanların filmə ehtiyacı var. İlk festivalımız uğurlu keçdi. Gözlədiyimizdən artıq maraq var idi. Qərara gəldik ki, hər il bir mövzu, ideya ətrafında uyğun sənədli filmləri yığaq. Əslində bu sınaq proyekti idi. Özünü doğrultduğuna görə davamlı oldu.

© Sputnik / Murad OrujovRejissor İmam Həsənov
İmam Həsənov: Sənədli film institutunun bünövrəsini qoyuruq - Sputnik Azərbaycan
Rejissor İmam Həsənov

- Bu il festival ümidləri doğrultdumu?

- Bu il tamaşaçı sayı minə yaxın idi. 5 gün ərzində 37 film nümayiş etdirdik. Festivalda iştirak etmək üçün 181 film müraciət etmişdi. Xarici mütəxəssislərdən ibarət münsiflər heyəti tam şəkildə Bakıya gəlmişdi. Onların bütün xərcləri festival tərəfindən maliyyələşirdi. Maraqlı nüanslardan biri də hər film nümayişindən sonra müzakirələrin aparılması idi. Tamaşaçılar bu müzakirələrdən böyük zövq aldılar.

- Mükafatçılar kim oldu?

- Festivalın sonunda 4 film - tammetrajlı sənədli film nominasiyası üzrə "Anamın yox oluşu" (İtaliya, ABŞ), tamaşaçı rəğbəti filmi nominasiyası üzrə "Ümidin dadı" (İsveçrə), ən yaxşı qısa sənədli film "Aralıqda" (Kosova), ən yaxşı lokal film "Bir dəfə Şanxayda" (Azərbaycan) qalib oldu. Leyli Qafarovanın rejissoru olduğu "Bir dəfə Şanxayda" filmi məntiqi sonluq olaraq Almaniyada keçiriləcək "Go East" festivalına vəsiqə qazandı. Bu festivalı daha fərqli keçirmək üçün regionlara üz tutduq. Film nümayişi ilə yanaşı musiqi qruplarının çıxışları oldu. Bizim film nümayişlərindən sonra rayonda olan gənclər kreativ addımlar atmağa başlayıb. Müxtəlif "bookhouse"lar, kafelər yaradılıb.

© Sputnik / Murad OrujovRejissor İmam Həsənov
İmam Həsənov: Sənədli film institutunun bünövrəsini qoyuruq - Sputnik Azərbaycan
Rejissor İmam Həsənov

- Fəaliyyətiniz davam edirmi?

- Festivalımızın daha bir özəl cəhəti odur ki. bitdikdən sonra da fəaliyyətimiz davam edir. Belə ki, regionlarda film nümayişi, eyni zamanda konsert proqramı ilə çıxış etmək niyyətimiz var. Həmçinin "DokuBaku Lab" adlı film məktəbini yaratmışıq. Bu bizə gələcəkdə bir institut kim də fəaliyyət göstərməyə yardımçı olacaq. Ümid edirik ki, Azərbaycanda sənədli film institutunun bünövrəsini qoymuş olacağıq. Bu məktəbə müraciət üçün son vaxt 30 oktyabrdır. İstənilən gənc qeydiyyatdan keçə bilər. Əsas odur ki, ideyası olsun. Onlar təqdim edəcəyi ideya üzərində xaricdən gələn təlimçilərlə birlikdə işləyəcəklər. Başqa sözlə, buna ideya bankı demək olar. İlk təlimçimiz ideyanın inkişafı mövzusunda dərs keçəcək. İkinci hissədə onlar ideyalarını gerçəkləşdirərək film çəkə biləcəklər. Üçüncü hissədə isə xorvat təlimçi materialın necə montaj edilməsini öyrədəcək.

Xəbər lenti
0