05:09 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Xalq artisti Brilliant Dadaşova, arxiv şəkli

Brilliant Dadaşovanın külli miqdarda pulu mənimsənilib – VİDEO

© Xalq artisti Brilliant Dadaşovanın mətbuat xidməti
MƏDƏNİYYƏT
Qısa URL
423 0 0

“Ödəmə oldu, sonra studiyasına getdim, mahnılarını oxudum. Sonra nə vaxt zəng etdim, "mən köçürəm", "sevgilimdən ayrılmışam" deyə, bəhanələr gətirdi”

BAKI, 10 oktyabr — Sputnik. Türkiyənin TV8 kanalında "Gel konuşalım" proqramında Xalq artisti Brilliant Dadaşovanın açıqlamalarının yer aldığı videomaterial yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, verilişə müsahibə verən Azərbaycanın Xalq artisti dələduzluqla qarşılaşdığını, bəstəkarlar Fettah Can və Metin Özülkünün onu aldatdıqlarını iddia edib: "Metin Özülkünü proqramda görmüşdüm. Mənə dedi ki, sənə mahnılar verə bilərəm. 4-5 mahnı barədə danışdıq. Yeni mahnılar yazacaq və aranjiman edəcəkdi.

Fettah Can isə gəldi, mənə 4-5 mahnı göstərdi. Ödəmə oldu, sonra studiyasına getdim, mahnılarını oxudum. Sonra nə vaxt zəng etdim, "mən köçürəm", "sevgilimdən ayrılmışam" deyə bəhanələr gətirdi. Pul da getdi, mahnılar da. 19 min dollar Metin Özülküyə, 18 min dollar da Fettah Cana vermişəm. Danışanda da özünü reklam edirsən deyirlər. Bunun üçüncü yolu nədir, desinlər".

Proqramın aparıcıları Fettah Can və Metin Özülkünün güvənilən bəstəkarlar olduğunu, Brilliant Dadaşovanın iddiasına inanmadıqlarını, onun özünü Türkiyədə reklam etdiyini söyləyiblər.

Əsas mövzular