Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Amerikada, Avropada bizi dinləyənlər deyirlər: "Azərbaycanın suyu, havası nədir belə?"

© Instagram / gama775Народный артист Эльчин Азизов, его супруга Гама Меликова и их сын Джамиль
Народный артист Эльчин Азизов, его супруга Гама Меликова и их сын Джамиль  - Sputnik Azərbaycan
Abunə olmaq
"Bolşoy teatr"ın solisti olmuş ilk azərbaycanlı kino rejissoru olmağı arzulasa da, opera ifaçısı olub. Onun bu arzusunun Moskvanın nüfuzlu ali məktəbinə daxil olan oğlu gerçəkləşdirib

BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan xalq artisti Elçin Əzizovun oğlu Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kino rejissorluğu fakültəsinə daxil olub. Sputnik Azərbaycan-ın məlumatına görə, o, bununla atasının arzusunu yerinə yetirib.

Bu sevindirici xəbəri dünya şöhrətli opera ifaçısı qonağı olduğu TellMann Show layihəsində deyib.

Əzizov və onun xanımı - rəssam Qama Məlikova on yeddi yaşlı oğulları Cəmilin ixtisas seçiminə qətiyyən mane olmayıblar.

"Mən rejissor olmaq istəmişəm, amma bu arzumu yerinə yetirə bilməmişəm. Amma mənim əvəzimə oğlum bu arzunu reallaşdırıb. O, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kino rejissorluğu fakültəsinə daxil olub. Cəmil gələcək peşəsini özü seçib, biz də ona dəstək vermişik. O, atasınını arzusunu yerinə yetirib. Mən yenidən rejissorluğa qayıtmaq istərdim, ancaq yalnız opera rejissorluğuna", - deyə Əzizov bildirib.

View this post on Instagram

Evening in the lovely theater... #vivaverdi #falstaff

A post shared by Elchin Azizov Official 🇦🇿 (@elchinazizov) on

Vokalçı hazırda opera karyerası ilə məşğuldur. Vaxt çatışmazlığı səbəbindən hələ ki, master-klasslar keçirə, dərs deyə bilmir. Ancaq Əzizov özündə müəllimlik potensialını hiss edir.

"Avropaya, Amerikaya və digər yerlərə gedəndə, məşqlərarası vaxtda insanlar mənə müraciət edir və mən məmnuniyyətlə onlara məsləhətlərimi verirəm.

Bakıda nadir hallarda oluram, Moskvada isə dərs deməyə vaxtım yoxdur. Azərbaycanda çoxlu istedadlı uşaqlar var, onlara sadəcə istiqamət vermək lazımdır. Biz ümumiyyətlə "səsi olan" millətik.

Biz bir dəfə Yusif Eyvazovla birlikdə Amerikada "Toska" operasının əsas partiyalarını ifa edirdik. Çıxışımızdan sonra hamı bizdən soruşurdu ki, Azərbaycanın suyu, havası nədir belə", - deyə Əzizov bildirib.

Elçin Əzizov - "Bolşoy teatr"ın solisti olan ilk azərbaycanlıdır. Dünyanın bir çox ölkələrində böyük uğurla çıxış edib. 1992-2001-ci illərdə əfsanəvi "Bakılı oğlanlar" ŞHK-nın üzvü olub.

Müğənninin konsert fəaliyyəti Moskva Beynəlxalq Musiqi Evi, Moskva Konservatoriyasının Böyük Zalı, Pyotr Çaykovski adına konsert salonu, Varşava Filarmoniyası (Polşa), Seul Konsert Sarayı (Cənubi Koreya), Birmingem Simfonik Zalı (Böyük Britaniya), Paris Filarmoniyası (Fransa), Kennedi Mərkəzi (Vaşinqton), Linkoln Mərkəzi (New York) kimi zalların səhnələrini əhatə edir.

Xəbər lenti
0