CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyənin də stendi olacaq

© Sputnik / Murad OrujovФонд редких книг Президентской библиотеки Азербайджанской Республики
Фонд редких книг Президентской библиотеки Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Eləcə də həmin gün Mədəniyyət və tanıtım müşavirliyinin təşkilatçılığı ilə Azərbaycanın türkologiya və tarix sahəsində qabaqcıl alimlərinin iştirakı ilə "Qlobal dövrdə türk təfəkkürünün əsas qaynaqlarından necə bəhrələnməliyik?" mövzusunda müzakirələr keçiriləcək

BAKI, 27 sentyabr — Sputnik. 27-29 sentyabr tarixlərində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, sərgidə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyi qardaş ölkə haqda kitablar, materiallar və digər vasitələrlə iştirak edəcək.

Belə ki, burada Türkiyəyə məxsus stend iştirakçılara təqdim olunacaq. Kitab sərgisinin ikinci günündə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kitabları ilə yanaşı, bir sıra başqa qurumların da nəşrləri nümayiş etdiriləcək. Sərgi-yarmarkada ilk olaraq Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi Türkiyə türkcəsindən başqa dillərə tərcümələri maddi baxımdan dəstəkləyən TEDA layihəsi haqqında məlumat verəcək. VI Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyənin də stendi olacaq. Eləcə də həmin gün Mədəniyyət və tanıtım müşavirliyinin təşkilatçılığı ilə Azərbaycanın türkologiya və tarix sahəsində qabaqcıl alimlərinin iştirakı ilə "Qlobal dövrdə türk təfəkkürünün əsas qaynaqlarından necə bəhrələnməliyik?" mövzusunda müzakirələr keçiriləcək. Müzakirələrdə Əkbər N.Nəcəf, Nuridə Novruzova, Telman Nüsrətoğlu, Firdövsiyə Əhmədova çıxış edəcəklər. Tədbirin əsas çıxışçısı və moderatoru İrfan Çiftçi olacaq.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. Sərgi çərçivəsində tanınmış şair və yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək.

Xəbər lenti
0