02:39 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Azərbaycanın caz, xalq musiqisi və muğam janrlarının mahir ifaçısı Sevda Ələkbərzadə

Sevda Ələkbərzadə: "Adamın yoxdursa, bu günə qalmalısan?!"

© Instagram / sevdaalekperzadeh
MƏDƏNİYYƏT
Qısa URL
22 0 0

“Maşının nömrəsi nə deməkdir? Bu məni təqdim edir ki? Yəni mən nə qədər boşam ki, özümü maşın nömrəsi ilə, geyimlə, əşya ilə göstərirəm”

BAKI, 23 sentyabr — Sputnik. Murad Arifin "Popumuz var" sosial şəbəkə layihəsinin növbəti qonağı əməkdar artist Sevda Ələkbərzadə olub. Sputnik Azərbaycan xəbər verir ki, M.Arif verilişdən fraqmentləri öz "Instagram" hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Sevda Ələkbərzadədən dərs kimi çıxış. Siz belə emossional @sevdaalekperzadeh -ni başqa harada görə bilərsiniz? Yalnız #popumuzvar 'da. 💣

Публикация от Murad Arif (@muradarif)

Sevda Ələkbərzadə sənətdən kənar olan şəxsləri ciddi tənqid atəşinə tutub: "Əgər adamın yoxdursa, səni incitməlidirlər, bu günə qalmalısan? Gərək adamın ola? Kimliyindən asılı olmayaraq, insan insandır. Mənim əlimdən nə gəlir. Səviyyəli musiqi edirəm. Sənət üçün çalışıram. Mən də başqa cür ola bilərəm. Amma digərləri adamın telefonuna və ya maşına görə qiymət verir. Maşının nömrəsi nə deməkdir? Bu məni təqdim edir ki? Yəni mən nə qədər boşam ki, özümü maşın nömrəsi ilə, geyimlə, əşya ilə göstərirəm. Bizim ölkədə kim daha çox hörmətlidir? Məmur və ya sənətkar?”

Murad Arif: “Kimin pulu çoxdursa, o”.

Sevda Ələkbərzadə: “Amma belə olmamalıdır. Sənin yadındadır ki, 60-cı illərdə nazir və deputat kim olub? Amma yazıçıları, rejissorları, aktyorları tanıyırsan”.

Qeyd edək ki, "Popumuz var" verilişinin yaş həddi +18-dir. Murad bildirib ki, proqramda televiziya verilişlərinə xas olmayan sərbəstlik və açıqsözlülük var. O, layihəni heç bir telekanalda yayımlamaq istəmir.

Əsas mövzular