00:08 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Bəstəkar Sərdar Fərəcov, arxiv şəkli

Xalq artisti Cavidin dramını yeni formatda təqdim edəcək

© REPORT
MƏDƏNİYYƏT
Qısa URL
15 0 0

"Üzeyir Hacıbəylinin yaradıcılığı ilə bağlı yeni kitab nəşr edəcəyik. Artıq nəşriyyata da təqdim olunub".

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov Xalq artisti adına layiq görülüb.

Bəstəkar Sputnik Azərbaycan-a fəxri ad alması ilə bağlı öz fikirlərini bölüşüb: "Əlbəttə, fəxri adın mənası da, məzmunu da böyükdür. Sənət adamları göstərdikləri əməyin qarşılığında dövlət başçısı tərəfindən təltif olunanda sevinclərinin həddi-hüdudu olmur. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
© Official website of President of Azerbaijan Republic
Mənə də bu ad qismət olduğu üçün ölkə rəhbərinə minnətdaram. Mənim kiçik əməyimi yüksək qiymətləndirib. Təbii ki, fəxri ad həm də məsuliyyətdir. Gələcək fəaliyyətimizdə də göstərilən etimadı doğrultmalıyıq".

Milli Musiqi günü ilə bağlı danışarkən S.Fərəcov musiqi bayramının ayın sonundaək davam edəcəyini bildirib: "Hələ 1995-ci ildə mərhum prezident Heydər Əliyev dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması haqda fərman vermişdi. Həmin tarixdən etibarən Üzeyir bəyin doğum günü ölkə miqyasında hər il keçirilir. Teatr, konsert salonlarında, ali məktəblərdə hər yerdə dahi bəstəkarın musiqisi səslənir. Artıq 11 ildir ki, Üzeyir bəyin adını daşıyan beynəlxalq musiqi festivalı da bu sıradadır. Festival çərçivəsində dünyanın, demək olar, hər bir yerindən mahir ifaçılar, yüksək səviyyəli kollektivlər ölkəmizə üz tuturlar. Ona görə də bizim üçün bu günün əhəmiyyəti çox böyükdür. İldən-ilə bu musiqi bayramı daha da möhtəşəm olur, əhatə dairəsi genişlənir. Bu gün bir neçə yerdə Musiqi günü qeyd olunub. Fəxri xiyabanda, Bakı Musiqi Akademiyasında, Dövlət Filarmoniyasında və o cümlədən Üzeyir bəyin ev muzeyində də gözəl tədbir keçirilir. Tədbirlər öz yerində, musiqi festivalı isə ayın sonuna qədər davam edəcək".

Damla: “Üzeyir Hacıbəylinin kim olduğunu bilmirlər, amma mənim mahnılarıma qulaq asırlar”>>

"Hal-hazırda böyük Hüseyn Cavidin "Ana" dramı əsasında opera üzərində işləyirəm. Düşünürəm ki, qısa zamanda bu işi yekunlaşdıracam. Hər bir bəstəkar arzulayar ki, onun əsərləri dünyanın çox ölkəsində səslənsin. Amma ən gözəl ifa, təbii ki, öz ölkəmizdədir. Bizim Opera teatrı bu əsəri öz repertuarına götürərsə, mənim üçün böyük xoşbəxtlik olar. Eyni zamanda Üzeyir Hacıbəylinin yaradıcılığı ilə bağlı yeni kitab nəşr edəcəyik. Artıq nəşriyyata da təqdim olunub", - deyə S. Fərəcov bildirib.

Əsas mövzular