00:04 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
Müşfiq Hətəmov, arxiv şəkli

Nazirliyə aparılan Hətəmov nə iş görəcək?

© Sputnik / Kamal Almuradlı
MƏDƏNİYYƏT
Qısa URL
47 0 0

"Bilirsiniz ki, ölkə prezidentinin sərəncamına əsasən, kino haqqında yeni konsepsiyanın hazırlanması və islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bu proses hələ mən kinostudiyada fəaliyyət göstərdiyim zamandan başlayıb"

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Müşfiq Mürşüd oğlu Hətəmov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri vəzifəsinə təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, M.Hətəmov buna qədər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru kimi fəaliyyət göstərib. Yeni vəzifə almış Müşfiq Hətəmovla əlaqə saxladıq.

O, yeni işi barədə bunları dedi: "Bilirsiniz ki, ölkə Prezidentinin sərəncamına əsasən, kino haqqında yeni konsepsiyanın hazırlanması və islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bu proses hələ mən kinostudiyada fəaliyyət göstərdiyim zamandan başlayıb. Yeni təyin olunduğum vəzifədə də islahatların müntəzəm aparılması və yeni işlərin görülməsi üçün plan hazırlanacaq. Bu istiqamətdə də işimizi quracağıq.

Bu il müsabiqənin qalibi olmuş senarilərin istehsala buraxılması üçün müvafiq işlər görülüb, artıq 3 film üzərində işə başlanıb. Bunlar "Məryəm", "Manpası qutusu" və "Xoş sonluqlu faciə" filmləridir".

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, senarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Bakı Mədəni Maarif Texnikumunda dərs deyib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, sektor müdiri, Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb. Bu təyinatadək (2011-ci ildən) C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru işləyib.

Əlaqədar

Yüz ilin dostları, güllə, pul... "Sonuncu pərdə"nin ilk tizeri yayımlandı
Əcnəbilərlə bir addımlamaq üçün şans: "Niyə onların əziyyəti yerdə qalsın ki?"
Nəsrin Cavadzadə: "Çirkin kişiləri sevirəm, yaraşıqlılar məni hürküdürlər"
Yeni film çəkilir - "Mirzə Cəlilin Azərbaycanı"
Müşfiq Hətəmov milli kinomuzda "çevriliş" haqda: "Onlar növbəti ilə qalacaq"
Teqlər:
Mədəniyyət Nazirliyi, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya

Əsas mövzular