Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nazir "Kərimov"a yeni vəzifə verdi

© Sputnik / Kamal Almuradlı"Azərbaycanfilm" kinostudiyası
Azərbaycanfilm kinostudiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Müşfiq Mürşüd oğlu Hətəmov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri vəzifəsinə təyin olunub

BAKI, 18 sentyabr — Sputnik. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru və Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrinə yeni təyinatlar olub.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrləri ilə Cəmil Elşad oğlu Quliyev C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə, Müşfiq Mürşüd oğlu Hətəmov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri vəzifəsinə təyin olunublar.

Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Cəmil Elşad oğlu Quliyev Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifələrində çalışıb. Bu təyinatadək (2018-ci ildən) Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Bakı Mədəni Maarif Texnikumunda dərs deyib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, sektor müdiri, Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb. Bu təyinatadək (2011-ci ildən) C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru işləyib.

Xəbər lenti
0