Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yaşamaq naminə döyüşmək: Azərbaycanlı aktyorlar "Rinq"də əsl döyüş təşkil ediblər

© © ADO teatrının mətbuat xidmətiADO teatrında "Rinq" tamaşasının premyerası keçirilib
ADO teatrında Rinq tamaşasının premyerası keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
ADO teatrının aktyorları zalın ortasında əsl rinq təşkil ediblər və problemlərlə vuruşublar

BAKI, 7 sentyabr — Sputnik. ADO teatrının aktyorları "Rinq" tamaşasının premyerası zamanı əsl döyüş səhnəsi qurublar. Onlar boks əlcəkləri geyinərək bir-biriləri ilə deyil, hər bir insanın həyatında mövcud olan problemlərlə döyüşüblər.

ADO həmişə qeyri-adi tamaşaları ilə fərqlənir. Bu dəfə isə fransız rejissor Elza Furtado müasir alman dramaturqu Falk Rixterin "Güvən" pyesinin motivləri əsasında tamaşa hazırlayıb. Əsər dilimizə dramaturq Mehman Musabəyli tərəfindən tərcümə edilib, tamaşanın rəssamı isə Leyla Quliyeva olub.

© © ADO teatrının mətbuat xidmətiAktyorlar "rinqdə" döyüşərək problemləri həll etmək istəyiblər
Yaşamaq naminə döyüşmək: Azərbaycanlı aktyorlar Rinqdə əsl döyüş təşkil ediblər - Sputnik Azərbaycan
Aktyorlar "rinqdə" döyüşərək problemləri həll etmək istəyiblər

ADO teatrının özünəməxsus binası olmadığından, aktyorlar tamaşanı kirayə etdikləri mənzildə hazırlayıblar. Bu dəfə tamaşaçılar "Rinq" tamaşasının göstərildiyi zala daxil olanda şoka düşüblər. Çünki zalın tən ortasında əsl rinq quraşdırılıb, onun ətrafına isə tamaşaçıların oturması üçün stullar düzülüb.

Aktyorlar Günel İmanova, Fərizə Babayeva, İskra Tarrant, Elmin Bədəlov və Sabir Vol Məmmədov gah tək-tək, gah da ikilikdə idman kostyumlarında, əllərində isə boks əlcəkləri rinqə çıxıblar.

Publika əvvəl əsl döyüşün nümayiş olunacağını, aktyorların bir-biri ilə bokslaşacaqlarını düşünməyə başlayıb. Amma heç də onların düşündüyü kimi olmayıb. Bütün tamaşa boyu teatral qəhrəmanlar yumruqlarını boşluğa atıblar və hər dəfə zərbə vuranda sanki onları narahat edən şeyləri məhv edirlərmiş kimi öz zərbələrindən məmnun qalıblar. Aktyorların monoloqlarından aydın olub ki, onların hər birinin arzuları puç olub, ümidləri üzülüb, onlar insanlara güvənlərini itiriblər və bundan sonra necə yaşayacaqlarını bilmirlər. Amma hər dəfə zərbə vuranda onlar sanki özlərini ağır bir yükündən azad ediblər.

© © ADO teatrının mətbuat xidmətiTamaşa həyatın davamlı mübarizə olduğunu təsdiqləyib
Yaşamaq naminə döyüşmək: Azərbaycanlı aktyorlar Rinqdə əsl döyüş təşkil ediblər - Sputnik Azərbaycan
Tamaşa həyatın davamlı mübarizə olduğunu təsdiqləyib

Bu tamaşa bir daha həyatın davamlı mübarizə olduğunu və ən güclünün qalib gəldiyini bir daha təsdiqləyib.

Tamaşaçılar rinqdə baş verənləri maraqla izləyiblər, onları narahat edən şeylərdən bir zərbə ilə xilas olmağa və dinc şəraitdə yaşamaq imkanı əldə etməyə nail olan teatr qəhrəmanlarının yerində olmağı xəyal ediblər. Tamaşanın sonunda tamaşaçılar teatr kollektivini ayaq üstə alqışlayıblar, orijinallığına və peşəkarlığına görə təşəkkürlərini bildiriblər.

Teatrın qurucusu, baş rejissoru və aktyoru Elmin Bədəlov Sputnik Azərbaycan-ın tamaşa ilə bağlı suallarına cavab verərkən rejissor Elza Furtadoya təşəkkür edib. Furtado uzun illər Bakıda yaşayıb, lakin işi ilə əlaqədar olaraq, Fransaya qayıtmalı olub. Elza məzuniyyət vaxtı yenidən Azərbaycana qayıdıb və istirahət günlərini ADO teatrına xərcləməyə qərar verib.

© © ADO teatrının mətbuat xidmətiADO teatrında "Rinq" tamaşasının premyerası keçirilib
Yaşamaq naminə döyüşmək: Azərbaycanlı aktyorlar Rinqdə əsl döyüş təşkil ediblər - Sputnik Azərbaycan
ADO teatrında "Rinq" tamaşasının premyerası keçirilib

"Buna qədər o, "Yağış" və "Toy" tamaşalarını səhnəyə qoyub, bu dəfə isə alman dramaturq Falk Rixterin "Güvən" əsərinə müraciət edib. Bu müəllif son zamanlar bütün dünyada çox məşhurdur. Onun tamamilə yeni stili var. Əvvəllər öz yaradıcılığında müəlliflər qeydlərdən, mənzərənin təsvirindən istifadə edirdilər, amma indi bunların heç biri yoxdur. Yazıçılar rejissorlara tam sərbəstlik verirlər və onu, sanki ikinci müəllif halına gətirirlər" - deyə Bədəlov bildirib.

Rejissor əsərin mənasını dəyişməmək şərtilə mətnə bəzi dəyişikliklər edir.

Bədəlov etiraf edib ki, o, ADO teatrındakı tamaşalarında cəmiyyətin problemlərini qabartmağa çalışır. Onun fikrincə, hazırda cəmiyyətdəki başlıca problemlərdən biri odur ki, insanlar tez-tez digərlərinin etimadından sui-istifadə edirlər və bu da nəticədə tam inamsızlıq yaradır.

© © ADO teatrının mətbuat xidmətiADO teatrında "Rinq" tamaşasının premyerası keçirilib
ADO teatrında Rinq tamaşasının premyerası keçirilib - Sputnik Azərbaycan
1/6
ADO teatrında "Rinq" tamaşasının premyerası keçirilib
© © ADO teatrının mətbuat xidmətiADO teatrında "Rinq" tamaşasının premyerası keçirilib
ADO teatrında Rinq tamaşasının premyerası keçirilib - Sputnik Azərbaycan
2/6

3/6

4/6

5/6

6/6

Baş rejissor əmindir ki, "Rinq" tamaşası bir sıra tamaşaçıların burada özünü görməsinə və özlərində nələrisə dəyişməsinə kömək edəcək. "İnanmadan, güvənmədən yaşamaq olmaz", - Bədəlov deyib.

ADO teatrı ölkədə müasir yaradıcılıq üçün unikal meydança, yeni yaradıcılıq və mədəni təcrübə üçün əvəzsiz məkandır. Teatr yeni forma təqdim edir, daim yeni format, yaradıcılıq eksperimentləri və innovasiyalar axtarışındadır, səhnə sənəti sahəsindəki mövcud təcrübələri və klassik tamaşa standartlarını aradan qaldırmağa çalışır. Teatr Gürcüstan, Türkiyə, İtaliya, Fransa, İran, Belarus və Ukraynada qastrol səfərlərində olub.

Xəbər lenti
0