03:06 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Rusiyanın Xalq artisti Aleksey Quskov, arxiv şəkli

Aleksey Quskov: "Bakıda adamlar uğur arzulayır, sonra şəkil çəkdirməyi xahiş edirlər"

© Sputnik / Vladimir Fedorenko
MƏDƏNİYYƏT
Qısa URL
412 0 0

Rusiyanın Xalq artisti Beynəlxalq Teatr Festivalı çərçivəsində ilk dəfə Bakıya gəlib və şəhərimizin sakinlərinin nəzakətli davranışlarına heyran qalıb

BAKI, 5 sentyabr — Sputnik. Rusiyanın Xalq artisti Aleksey Quskovu Bakıda hər şeydən çox sakinlərin nəzakəti təəccübləndirib. Bakıya ilk dəfə səfər edən aktyor Sputnik Azərbaycan-a müsahibəsində deyib ki, bu şəhəri görmək şərəfinə nail olduğu üçün çox məmnundur.

"Mən SSRİ-də doğulmuşam və buna görə də Bakı mənim üçün beynəlmiləl yerdir. Mən buranın tarixini yaxşı bilirəm. Məhz Bakı neftinin sayəsində biz Böyük Vətən Müharibəsində qalib gəlmişik. Bakıda çoxlu istedadlı insanlar var. Əvvəllər sizin çox möhtəşəm KVN (ŞHK) komandanız var idi. Mənim bu şəhərdən olan çoxlu dostlarım var. Mənə xoşdur ki, burada mədəniyyət əvvəllər olduğu kimi qalıb. Adam səni küçədə saxlayır, əvvəlcə uğurlar arzulayır və sonra onunla şəkil çəkdirməyi xahiş edir", - deyə Quskov əlavə edib.

Aktyor Bakıya Yarat Müasir İncəsənət Məkanının təşkil etdiyi 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində gəlib. Onun iştirakı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Yevgeni Onegin" tamaşası təqdim edilib.

Aleksey Quskov 1983-cü ildə Aleksandr Puşkin adına Moskva Dram Teatrının səhnəsində Viktor Merejkonun pyesi əsasında səhnəyə qoyulmuş "Mən qadınam" tamaşası ilə debüt edib. 1986-cı ildən 1988-ci ilə qədər Malaya Bronnaya Teatrında işləyib. 1988-1991-ci illərdə "Detektiv" eksperimental teatrında, 1991-1994-cü illərdə Nikolay Qoqol adına teatrda çalışıb. 1994-cü ildə Moskva Dram Teatrına qayıdıb. 2003-2006-cı illərdə A.P.Çexov adına Moskva bədii teatrında işləyib.

2013-ü ilin sentyabrında Quskov Yevgeni Vaxtanqov adına teatr truppasına qəbul edilib. Quskov "Zibilçi", "Canavarlardan kənarda", "Ragin", "Maral ovu", "Ata", "İşığı söndürən", "Konsert", "Gizlən!", "Tulalı Tokarev", "Mayda dörd gün", "Koma", "Diversant 2: Müharibənin sonu", "Ağ Qvardiya" və sair filmlərdə çəkilib.

Teqlər:
Bakı, Rusiya, teatr, aktyor

Əsas mövzular