14:03 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Sonuncu pərdə adlanan filminin çəklişindən görüntü

Yüz ilin dostları, güllə, pul... "Sonuncu pərdə"nin ilk tizeri yayımlandı

© ArtFilmBaku / Cinex / "Sonuncu pərdə" / 2019
MƏDƏNİYYƏT
Qısa URL
40110

Çəkiliş heyəti heç bir sponsor olmadan filmi çəkməyə qərar verib. Bir çoxları incəsənət naminə pulsuz işləməyə razılaşıblar

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Rejissor Emil Quliyev "Pərdə" və "İkinci pərdə" filmlərinin sonuncu bölümünü tamamlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Sonuncu pərdə" adlanan filmin artıq ilk tizeri də yayımlanıb.

Ekran əsərində Vidadi Həsənov, Oqtay Mehdiyev, Əlibəy Məmmədli, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Anar Əliyev və başqaları çəkiliblər.

Mart ayının əvvəlində rejissor Emil Quliyev "Pərdə" filminin üçüncü hissəsinin maliyyə problemlərindən dolayı çəkilməyəcəyini desə də, bir müddət sonra çəkilişlər bərpa olunub. Artıq film tam hazırdır. "Sonuncu Pərdə" 18 oktyabr tarixindən geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Sonuncu pərdə adlanan filminin afişası
"Sonuncu pərdə" filminin afişası. Çəkilişin ilk günü adətə uyğun olaraq filmin adı yazılmış boşqab sındırılmalı, onun hissələrini isə film üzərində işləyənlər xatirə olaraq saxlamalıdırlar.

Emil Quliyev "Sonuncu Pərdə" filminin yalnız rejissoru deyil, eyni zamanda senaristi və prodüseridir. Sabunçu qəsəbəsində baş tutan çəkilişlərin operatoru Orxan Abbasov, layihənin həmtəsisçisi isə Emin İbrahimovdur.

Filmin sinopsisində deyilir: "Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta “yüz ilin” dostları belə, bir anın içində hər şeyini tamahına qurban verib səhv yola addım atırlar. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?"

Sonuncu pərdə adlanan filminin çəklişindən görüntü
© ArtFilmBaku / Cinex / "Sonuncu pərdə" / 2019
"Sonuncu pərdə" adlanan filminin çəklişindən görüntü

Məlumat üçün onu da bildirək ki, sözügedən ekran əsərinin çəkilişlərinin başlanmasına 10 gün qalmış maliyyələşdirilməsi kəskin şəkildə dayandırılıb. Bundan sonra çəkiliş heyəti heç bir sponsor olmadan filmi çəkməyə qərar verib.

Rejissor bildirib ki, bir çoxları incəsənət naminə pulsuz işləməyə razılaşıblar. İctimai kanalın direktoru Balaş Qasımov filmi tam olaraq pulsuz çəkmək üçün onları avadanlıqla təmin edib.

Əsas mövzular