15:20 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Вид на город Тбилиси

"Forsaj" filminin yeni hissəsi Tbilisidə çəkiləcək

© Sputnik / Alexander Imedashvili
MƏDƏNİYYƏT
Qısa URL
120 0 0

Filmdə Vin Dizel, Mişel Rodrigez, Cordana Bruster, Tayres Gibson, Kris "Ludakris" Brics, Natali Emmanuel, Con Sena, Helen Mirren və Şarliz Teron kimi ulduzlar rol alacaq

BAKI, 15 avqust — Sputnik. "Forsaj 9" filminin epizodlarından biri Tbilisi küçələrində çəkiləcək.

Sputnik Azərbaycan "İmedi" telekanalının saytına istinadən xəbər verir ki, "Universal Pictures" studiyası çəkilişləri avqustun 18-20-də aparacaq.

İlkin məlumata görə, çəkilişlər beş həftə davam edəcək. Bu səbəbdən "Rustaveli" və "Vaja-Pşavela" prospektlərinin, eləcə də Köhnə Tbilisi rayonunun bir hissəsi vaxtaşırı bağlanacaq.

"Forsaj" (The Fast and the Furious) hazırda səkkiz tammetrajlı və iki qısametrajlı filmlərdən ibarətdir. Bu filmlər 2001-2017-ci illərdə istehsal olunub. "Forsaj" filmləri "Universal Pictures" studiyasının ən böyük və gəlirli layihəsi hesab olunur. Bu filmlərin ümumi kassa gəliri 5,1 milyard dolları keçir.

"Forsaj 9" 2020-cı il mayın 22-də ekranlara çıxacaq. Filmdə Vin Dizel, Mişel Rodrigez, Cordana Bruster, Tayres Gibson, Kris "Ludakris" Brics, Natali Emmanuel, Con Sena, Helen Mirren və Şarliz Teron kimi ulduzlar rol alacaq.

Hələ ki, filmin süjeti haqqında məlumat yoxdur.

Bir müddət öncə, "Forsaj 10" filminin 2021-ci il aprelin 1-də ekranlara çıxacağı elan edilib.

Əsas mövzular