09:17 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
518 0 0

Azərbaycanlı müğənnilər Sputnik Azərbaycan-a etiraf ediblər ki, Rusiyada bir-birilərini dəstəkləyirlər

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Azərbaycan əsilli məşhur ifaçılar "Jara-2019" Beynəlxalq Musiqi Festivalında çıxış ediblər. Onlar Bakı və Rusiyadakı azərbaycanlı şou-biznes ulduzları arasındakı rəqabətlə bağlı öz təəssüratlarını Sputnik Azərbaycan-la bölüşüblər.

Müğənni Babək Məmmədrzayev öz tarixi vətəni Azərbaycana ilk dəfə gəlib. Dediyinə görə, vətəninə gəldiyi üçün özünü dünyanın ən xoşbəxt adamı hesab edir.

"Mən azərbaycanlıyam, lakin heç vaxt doğma vətənimdə olmamışdım. Mənim həmişə çoxlu işim olur, ona görə də nə bura gəlib istirahət etməyə vaxtım olub, nə də çıxış etməyə. Yaxşıdır ki, "Jara" festivalı var. Bu festival görün nə qədər azərbaycanlını birləşdirib və bizə öz vətənimizdə çıxış etmək imkanı yaradıb" - deyə Məmmədrzayev etiraf edib.

Казахский певец и музыкант Бабек Мамедрзаев на церемонии закрытия международного музыкального фестиваля Жара в Баку
© Sputnik / Yekaterina Chesnokova
Müğənni Babək Məmmədrzayev

Müğənni Moskvada öz həmvətənlərini dəstəkləməyə çalışır. O, onların uğurlarına sevinir və fəxr edir. Onun sözlərinə görə, Moskvada irəli getmək çətindir: "Əgər sən yaxşı musiqi yaradırsansa, vacib deyil, hansı xalqın nümayəndəsisən, dərin hansı rəngdədir".

Məmmədrzayev yaxın vaxtlarda Azərbaycan dilində mahnı yazdırmağı planlaşdırır. O, öz ana dili bilgilərini də zənginləşdirmək niyyətindədir.

Öz həmkarlarından fərqli olaraq, məşhur azərbaycanlı Ellai (Elvin Əliyev) vətənə tez-tez gəlir. Onun sözlərinə görə, hər dəfə vətəndə öz həmvətənləri və müxtəlif ölkələrdən olan həmkarları ilə eyni səhnəni bölüşmək böyük xoşbəxtlikdir.

Самые красивые девушки на красной дорожке четвертого дня музыкального фестиваля Жара-2019 в Баку
© Sputnik / Murad Orujov
Azərbaycanlı Ellai

"Məni sevindirən odur ki, bütün Rusiya reytinqlərində azərbaycanlıların mahnıları birinci yeri tutur. Kimsə uğur qazananda bizim hər birimizi sevindirir. Bizim aramızda heç bir rəqabətdən söhbət gedə bilməz. Dünyada çox sayda insan var, ona görə də fanatlar hamıya kifayət edir" - Ellai deyib.

Müğənninin ən çox xoşuna gələn mahnılar həmyerlisi Jah Khalibin mahnılarıdır. O da Bakıya gəlməli imiş. Lakin öz albomunu yazdırdığı üçün festivalda iştirak edə bilməyib.

Məşhur azərbaycanlı duet HammAli & Navai (Aleksandr Əliyev və Nəvai Bəkirov) isə bildiriblər ki, Bakıda verdikləri uğurlu konsertdən sonra yenidən doğma diyara gəlməkdən məmnundurlar.

HammAli (Александр Алиев) & Navai (Наваи Бакиров)
© Sputnik / Murad Orujov
HammAli & Navai

"Biz çıxış etdiyimiz hər yerdə həmişə azərbaycanlı olduğumuzu deyirik. Azərbaycan bizim ürəyimizdir. Azərbaycanlı fanatlarımıza bizim mahnılara qulaq asdıqları üçün minnətdarıq!" - ifaçılar bildirib.

Sən demə, Ternovoy adı ilə məşhur olan hip-hopçu Oleq Ternovoyun da azərbaycanlı kökləri varmış. Onun anası azərbaycanlı, atası isə rusdur. Ternovoy da ilk dəfədir ana vətəninə gəlib.

Певец Олег Терновой (Terry) на церемонии закрытия международного музыкального фестиваля Жара в Баку
© Sputnik / Yekaterina Chesnokova
Hip-hopçu Oleq Ternovoy

"Həmişə Azərbaycana gəlmək istəmişəm, amma heç cür alınmayıb. Şəhəri gəzmək niyyətindəyəm. Azərbaycanlılar mənim üçün doğmadırlar, ona görə də, həmişə onları dəstəkləyirəm" - deyə Ternovoy bildirib.

Hazırda Rusiyada ən populyar ifaçıların sırasına azərbaycanlı Coni (Cahid Hüseynov) də daxildir. O, dörd yaşı olanda valideynləri ilə birlikdə Azərbaycandan Moskvaya köçüb. Uşaqlıqdan populyar olmaq istəyib və nəhayət, öz arzusunu reallaşdıra bilib. Onun məşhurlaşmasında əsas rolu sosial şəbəkələr, xüsusilə də Instagram oynayıb.

Певец Jony на церемонии закрытия международного музыкального фестиваля Жара в Баку
© Sputnik / Murad Orujov
Coni

"Ana vətəndə çıxış etməkdən və bakılı tamaşaçıların mənimlə birlikdə mahnılarımı oxumasından çox məmnunam. Bunu hər bir ifaçı arzu edir. Hazırda Rusiya şou-biznesində çoxlu azərbaycanlı var və biz bir-birimizi dəstəkləməyə çalışırıq. Bir-birimizin yaradıcılığını izləyir və sevinirik ki, bizim mahnılarımız reytinqlərdə ön yerləri tutur", - Coni deyib.

İndi ifaçı Rusiyanın müxtəlif şəhərlərində verəcəyi solo konsertlərinə hazırlaşır.

"Jara-2019" iyulun 25-dən 28-dək "Sea Breeze" turizm kompleksində keçirilib.

"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış ediblər.

Əlaqədar

Ulduzlar hamıdan əvvəl "Jara" filmini izləyiblər
Leyla Əliyeva - "Jara" hər il daha möhtəşəm olacaq
"Jara"nın sonuncu gününün pərdəarxası - "qırmızı xalı"dan VİDEO
"Jara"nın sonuncu gününün ən gözəl qızları
Emin növbəti "Jara" festivalının tarixini açıqladı

Əsas mövzular