Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiyalı müğənni Eminin filminə baxıb Bakıya vuruldu

Abunə olmaq
Rusiyalı ifaçı fürsətdən istifadə edib Bakı ilə tanış olacaq

BAKI, 27 iyul – Sputnik. Rusiyanın Əməkdar artisti Anita Tsoy etiraf edib ki, “Jara” filmində yüksəklikdən Bakıya baxan zamanı şəhərə bir daha vurulub. O, bu gün filmin qapalı nümayişində iştirak edib. Tsoy Sputnik Azərbaycan-a açıqlamasnda deyib ki, şəhər barəsində ən xoş təəssüratı yaranıb.

Закрытый премьерный показ самой звездной комедии года – Жара! - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Ulduzlar hamıdan əvvəl "Jara" filmini izləyiblər

“Mən bir daha əmin oldum ki, artistlər yalandan danışmırlar və onlardan gözlənənləri demirlər. Çünki Bakıda həqiqətən çox qonaqpərvər və gülərüz xalqı var. Mən Emin Ağalarovun “Jara” filmində şəhərə yüksəklikdən baxanda, buna bir daha əmin oldum. Anladım ki, çox yeri hələ görməmişəm və festival müddətində bu yerlərlə tanış olmağa çalışacağam” – deyə Tsoy etiraf edib.

Hazırda müğənni “Düzəlməz” adlı yeni klipinin təqdim edilməsinə hazırlaşır. Bu hadisə avqustun 6-da baş verəcək. O, ilk dəfə olaraq təkcə müğənni kimi deyil, həm də ssenari müəllifi rejissor kimi çıxış edib. Tsoy klipində Bakını həddən artıq sevən müasir aktrisanı çəkib. Amma o, aktrisanın adını açıqlamadan imtina edib.

"Jara" festivalı iyulun 25-də başlayıb və bazar günü, iyulun 28-də başa çatacaq. Festival "Sea Breeze" kompleksində keçirilir. Festivalın iyulun 25-də baş tutmuş açılışı günü Filipp Kirkorov, Svetlana Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və bir çox digər ifaçılar çıxış edib. İyulun 26-da Qriqori Leps və Stas Mixaylovun, eləcə də "Lube" qrupunun yaradıcılıq gecələri baş tutub. Tamaşaçılar, həmçinin Leonid Aqutin, Filipp Kirkorov, Aygün Kazımova, Valeriya, Brilyant Dadaşova, Nigar Camal və digərlərinin çıxışlarını izləyiblər.
İyulun 27-də isə 1990-cı illərin xit mahnıları ifa olunacaq. Konsertdə "Ruki vverx!" və "Na-Na" qrupları, eləcə də Layma Vaykule, İqor Nikolayev, Alyona Apina, İrina Dubtsova, Mitya Fomin, Aleksandr Buynov, Emin Ağalarov və digər ifaçıların çıxışları baş tutacaq.

“Jara-2019”: Festivalın qonaqları “Qırmızı xalı”da  - Sputnik Azərbaycan
VİDEO
“Jara-2019”: Festivalın qonaqları “Qırmızı xalı”da

Festivalın son günündə isə Timatinin konserti keçiriləcək. Konsertdə Qriqori Leps, Svetlana Loboda, Lyubov Uspenskaya, Ciqan və "Black Star" leyblının artistləri tamaşaçıları öz ifaları ilə sevindirəcəklər.

"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye Radio" radiostansiyasının və "Zolotoy Qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.

Xəbər lenti
0