Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əməkdar muğam ifaçısı meyxana dedi - VİDEO

© Instagram / nigarshabanova_Azərbaycanın Əməkdar artisti Nigar Şabanova
Azərbaycanın Əməkdar artisti Nigar Şabanova - Sputnik Azərbaycan
Abunə olmaq
Onun "Bir ürək" adlı mahnısı 1 günə 150 mindən artıq baxış toplayıb

BAKI, 18 iyul — Sputnik. Azərbaycanın Əməkdar artisti Nigar Şabanova ilk duetini oxuyub. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda müğənni öz Instagram hesabında paylaşım edib.

Onun meyxanaçı Tərlan Novxanı ilə birlikdə ifa etdiyi "Bir ürək" adlı mahnısı 1 günə 150 mindən artıq baxış toplayıb. Nə üçün meyxanaçı ilə duet oxumağı ilə bağlı suallara cavab olaraq Nigar bu haqda yaxın günlərdə açıqlama verəcəyini bildirib. Sonda saç düzümünə və makiyajına görə öz bacısı, stilist Ramiləyə təşəkkür edən müğənni, ona hər zaman yanında olduğu üçün də minnətdarlıq etməyi unutmayıb.

Qeyd edək ki, Əməkdar müəllim Qəzənfər Abbasovun tələbəsi olan müğənni muğam müsabiqəsinin iştirakçısı olub. 30 yaşlı Nigar Şabanova 2018-ci ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Nigar Shabanova (@nigarshabanova_)

Xəbər lenti
0