Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan ölkənin ən gözəl qız və oğlanını seçəcək

© Sputnik / Murad OrujovУчастники национального конкурса моделей Miss&Mister Grand Azerbaijan
Участники национального конкурса моделей Miss&Mister Grand Azerbaijan - Sputnik Azərbaycan
Abunə olmaq
"Miss & Mister Grand Azerbaijan 2019" final mərhələsinin keçiriləcəyi gün bəlli oldu

BAKI, 3 iyul — Sputnik. Möhtəşəm başlanğıcın Möhtəşəm yekun nöqtəsi

Miss & Mister Grand Azerbaijan 2019 final mərhələsi 11.07.2019-cu il tarixində saat 18:00-da Bakıda "Elektra Events Hall"-da baş tutacaq. Final mərhələsinə bilet əldə etmək istəyən hər kəs, iticket.az saytına daxil olaraq və ya iticketin bütün satış nöqtələrinə yaxınlaşaraq əldə edə bilərlər.

Standart biletlərin qiyməti 25 AZN-dir. Əldə olunan hər standart bilet 5, VİP biletlər isə 15 səs dəyərində olacaq. Bu səslər bir xanım və bir bəy finalçının final nəticələrinin üzərinə əlavə olunacaq. Bütün biletlər "Elektra Events Hall"-da baş tutacaq əsas tədbirdən sonra "Enerji Club"-da baş tutacaq "AFTER PARTY" və "Welcome Drink"-ə girişi təmin edəcək.

© © Afişa"Miss & Mister Grand Azerbaijan 2019" müsabiqəsinin afişası
Azərbaycan ölkənin ən gözəl qız və oğlanını seçəcək - Sputnik Azərbaycan
"Miss & Mister Grand Azerbaijan 2019" müsabiqəsinin afişası

İştirakçılara səs verərək qalib etmək şansını artıra bilərsiniz. Bunun üçün bileti əldə edərkən, sifarişin şərh bölməsinə səs vermək istədiyiniz bir xanım və bir bəy iştirakçının iştirak nömrəsini qeyd etməniz kifayətdir.

Yarışın oğlan finalçıları bunlardır:

1. Maarif Kərimli; 2. Arslan Niyazi; 3. Azad Xan; 4. Yusif Astanov; 5. Hasil Əliyev; 6. Emin Zeynallı; 7. Rüstəm Qurbanov; 8. Bəxtiyar Cəfərov; 9. Hamlet Xəlilov; 10. Zeynalabdin Xudiyev; 11.Allahverən Mikayılov; 12.Cavidan Əliyev;

Xanım finalçılar: 1. Mahirə Məmmədova; 2. Jalə Həsənova; 3. Rövşanə Süleymanova; 4. Aylin Aydınova; 5.Məleykə Vəliyeva; 6. Aytac Qarayeva; 7. Fəridə Şəmiyeva; 8. Sena Müntezirferac; 9. Şəlalə Abdullayeva; 10. Arzu Cavadova; 11. Təhminə Həsənova

Gərgin mübarizə şəraitində keçəcək möhtəşəm final mərhələsi finalçıların çıxışları ilə başlayıb, gözəl rəqs şousu, musiqili qonaqların ifaları və müsabiqə qaliblərinin adlarının elan olunması ilə başa çatacaq. 11 qız və 12 oğlan finalçı 8 əsas nominasiyanın qazanılması uğrunda gərgin mübarizə aparacaqlar. Həmin nominasiyalar bunlardır:

1-ci yer

Miss/Mister Grand Azerbaijan 2019

2-ci yer

1st runner up - Miss/Mister Grand Azerbaijan 2019

3-cü yer

2nd runner up - Miss/Mister Grand Azerbaijan 2019

4-cü yer

3rd runner up - Miss/Mister Grand Azerbaijan 2019

5-ci yer

Miss/Mister Grand Photomodel 2019

6-cı yer

Miss/Mister Grand Catwalk 2019

7-ci yer

Miss/Mister Grand Physic 2019

8-ci yer

Miss Grand Sharm 2019

Mister Grand Style 2019

Müsabiqənin təşkilatçıları hər birinizi möhtəşəm final mərhələsini izləməyə və layiq bildiyiniz finalçılara səs verməyə çağırır.

Miss & Mister Grand Azərbaycan gözəllik müsabiqəsinin rəsmi informasiya dəstəkçiləri - Day.az, Milli.az, Trend.az, Frame.az, Sputnik Azərbaycan, Azernews.az və Azmedia.az-dır.

Xəbər lenti
0