12:24 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8811
Monakoda keçirilən konsert

Avropalılar Müslüm Maqomayevin mahnısını ayaq üstə dinlədilər

© Пресс-служба Эмина
MƏDƏNİYYƏT
Qısa URL
669 0 0

Monakoda izdihamlı konsert baş tutub

BAKI, 15 may — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov Monakoda verdiyi konsertdə ölməz Müslüm Maqomayevin əfsanəvi "Sinyaya veçnost" ("Mavi əbədiyyət") hitini ifa edib. Sputnik Azərbaycan Ağalarovun mətbuat xidmətinə istinadla xəbər verir ki, Monakoda onunla birlikdə səhnəyə Rusiyanın Xalq artisti Valeriya, Ukraynanın Xalq artisti Ani Lorak və Rusiyanın Əməkdar artisti Valeri Meladze də çıxıb. 

  • Ani Lorak
    Ani Lorak
    © Пресс-служба Эмина
  • Emin və Ani Lorak
    Emin və Ani Lorak
    © Пресс-служба Эмина
  • Emin Ağalarov
    Emin Ağalarov
    © Пресс-служба Эмина
  • Valeriya və Emin
    Valeriya və Emin
    © Пресс-служба Эмина
  • Valeriya və Valeri Meladze
    Valeriya və Valeri Meladze
    © Пресс-служба Эмина
  • Valeri Meladze
    Valeri Meladze
    © Пресс-служба Эмина
1 / 6
© Пресс-служба Эмина
Ani Lorak

Sözügedən artistlər ilk dəfə eyni səhnədə birləşərək özlərinin ən yaxşı kompozisiyalarını və duetlərini təqdim ediblər. Tam dolu olan zal qonaqları hərarətlə qarşılayıb. Müğənnilərin hər biri yarım saat ərzində canlı ifalar ediblər.

Bundan başqa, Emin Ağalarov və Ani lorak "Ya ne moqu skazat", Valeriya və Valeri Meladze "Ne teryay menya", Valeriya və Sofiya "Tı moya" duetlərini oxuyublar. Ağalarov konsertdə "Boomerang", "Still", "Woman", "Sinyaya veçnost", "Ya luçşe vsex jivu", "Naçistotu", "Sbejim v Baku", "Good Love" sinqllarını ifa edib.

Onun ifasında ölməz Müslüm Maqomayevin əfsanəvi "Sinyaya veçnost" hitini bütün zal ayaq üstə dinləyib. Bu unikal konserti "Berin Iglesias Art"ın dəstəyi ilə SBM (Société des bains de mer de Monaco) komandası təşkil edib. "Berin Iglesias Art", eyni zamanda mayın 3-də Dubayda "Jara" festivalının təşkilatçısı olub.

Emin Ağalarovun beynəlxalq qastrolları bu konsertlə yekunlaşmayıb. O, iyulun 10-da Vitebskda solo konsert verəcək. İyulun 21-də Yurmalada Layma Vaykulenin festivalına qatılacaq. İyulun 25-dən 28-dək isə o, Bakıda "Jara" festivalında iştirak edəcək.

Emin Ağalarov "World Music Awards", "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə də var.

Ağalarov, həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

Əlaqədar

Emin Ağalarovdan narkotik və alkoqolizmdən əziyyət çəkənlərə böyük dəstək
Emin Ağalarov: Əgər Alla Puqaçovanın əri olsaydım...
Qazaxıstanlı müğənni Emin Ağalarova vurulub: “O, çox romantikdir”
Teqlər:
ifa, mahnı, Müslüm Maqomayev, Emin Ağalarov

Əsas mövzular