11:28 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Alla Puqaçova Bakıda

Alla Puqaçovanın hiti Azərbaycan dilində səsləndirildi

© Sputnik / Yekaterina Chesnokova
MƏDƏNİYYƏT
Qısa URL
84 0 0

Fidan Hacıyeva Alla Puqaçovanın məşhur hitini Azərbaycan dilində səsləndirib.

BAKI, 27 mart — Sputnik. Azərbaycanın xalq artisti Fidan Hacıyeva Rusiyanın xalq artisti Alla Puqaçovanın məşhur "Million alıx roz" (Milyon qızılgül) hitini Azərbaycan dilində ifa edib.

Mahnının musiqisini Raymond Pauls, sözlərini isə Andrey Voznesenski yazıb. Onu Azərbaycan dilinə şair Vahid Əziz çevirib.

Fidan Hacıyevanın sözlərinə görə, bu, onun çox sevdiyi kompozisiyalardan biridir. Müğənni həmişə onu rus dilində ifa edib. Lakin bu dəfə müğənni ilk olaraq mahnını Azərbaycan dilində səsləndirmək qərarına gəlib. Müğənni tərcüməyə görə Vahid Əzizə minnətdarlığını bildirib. Bu mahnı müxtəlif illərdə fars, Koreya, yapon və digər dillərə tərcümə edilib.

Fidan Hacıyeva Azərbaycan Akademik Opera və Balet Teatrının opera müğənnisi, pedaqoq və mezzo-sopranodur. Peşəkar səhnəyə 19 yaşında "Koroğlu" operasında "Xanəndə qız" rolu ilə çıxıb. Jorj Bizenin "Karmen" operasında Karmeni oynayıb və bununla da opera səhnəsinin ən gənc Karmeni kimi tanınıb. Onun repertuarında Cuzeppe Verdinin "Aida" operasında Amnerisin, Fikrət Əmirovun "Sevil" operasında Gülüşün, Üzeyir Hacıbəyovun "Arşın Mal Alan"ında Asya və Gülçöhrənin, Coakkino Rossininin "Sevilya bərbəri"ndə Rozinanın, Cüzeppe Verdinin "Trubadur"unda Azuçenanın, "Riqoletto"sunda Maddalenanın və Cakomo Puççininin "Suor Ancelika"sında La Prinçipessanın partiyalarını ifa edib. O, dünyanın müxtəlif ölkələrində solo konsertlərlə çıxış edib.

Müqayisə üçün Alla Puqaçovanın ifasında da "Million alıx roz" kompozisiyasını təqdim edirik.

Əsas mövzular