03:32 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
İzrailin və Avroviziya-2019un bayraqları Tel-Əvivdə dalğalanır

Xorvatiyanın "Avroviziya" təmsilçisi azərbaycanlı müğənnini təqlid edəcək

© REUTERS / CORINNA KERN
MƏDƏNİYYƏT
Qısa URL
82 0 0

Xorvatiyanın "Avroviziya-2019" beynəlxalq musiqi müsabiqəsində Xorvatiyanı təmsil edəcək Roko Blajeviç azərbaycanlı müğənni Elnur Hüseynovun obrazını təkrarlamaq qərarına gəlib.

BAKI, 21 fevral — Sputnik. Xorvatiyanın "Avroviziya-2019" beynəlxalq musiqi müsabiqəsində Xorvatiyanı təmsil edəcək Roko Blajeviç azərbaycanlı müğənni Elnur Hüseynovun obrazını təkrarlamaq qərarına gəlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, xorvat ifaçının çarxı layihənin Youtube sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. Blajeviçin işi dərhal sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. O, çarxda "Avroviziya-2008"-də Azərbaycanı Samir Cavadzadə ilə birlikdə təmsil edən Elnur Hüseynov kimi mələk obrazında görünüb.

Roko Blajeviç musiqi yarışında Xorvatiyanı The Dream ("Arzu") mahnısı ilə təmsil edəcək.

Elnur Hüseynov Azərbaycanı "Avroviziya"-da ilk və iki dəfə təmsil edən müğənnidir. O, 2008-ci ildə həmkarı Samir Cavadzadə ilə birlikdə ilk dəfə ölkəmizi bu beynəlxalq mahnı müsabiqəsində təmsil edib və 8-ci yeri tutub. 2015-ci ildə isə Elnur "Avroviziya" səhnəsinə tək çıxıb və bu dəfə 12-ci yerdə qərarlaşıb. O, hazırda solo karyera ilə məşğuldur. 2015-ci ildə 2014-cü ildən qatıldığı "O səs Türkiyə" vokal yarışının qalibi olub.

Müqayisə üçün nəzərinizə Elnur Hüseynovun "Avroviziya-2008"-dəki performansını təqdim edirik.

Əsas mövzular