09:55 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Getmə klipinin təqdimatı

Azərbaycan şou-biznesində "səhər mehi" əsəcək

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
107 0 0

“Bu ad ərəb dilindən tərcümədə "səhər mehi" deməkdir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Müğənni Səbuhi Həsənov uzun müddətdən sonra şou-biznesə geri qayıdıb. Sputnik Azərbaycan xəbər verir ki, “Səbuhassan” adı ilə səhnəyə dönən ifaçı bu gün yeni çəkilən klipini nümayiş etdirib. 

Klip nümayiş olunandan sonra müğənni öncə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Daha sonra o, səhnəyə “Səbuhassan” adı ilə geri qayıtmasına aydınlıq gətirib: “Bu ad ərəb dilindən tərcümədə "səhər mehi" deməkdir. Düşündük ki, bu adla daha fərqli olarıq. İnanırıq ki, yeni klip və adımız düşərli olacaq”.

Müğənni şou-biznesə lirik mahnı ilə geri dönməsi barədə də danışıb: “İndi qış fəslidir və mövsümə uyğun lirik mahnı təqdim etdik. Qarşıda daha şən mahnılar da olacaq”.

Layihənin rəhbəri Fərahim Sadiq də ifaçı barədə danışıb: “Səbuhi gənc və istedadlı müğənnidir. Biz onunla 2004-cü ildən tanışıq. Bir sirri də açım. Artıq “Səbuhassan” ilə 5 klip çəkmişik. 6-cının çəkilişləri davam edir. Sadəcə mövsümə uyğun olaraq lirik mahnı ilə şou-biznesə qatıldıq. Yaxın zamanlarda daha şən mahnılarımızı da təqdim edəcəyik”.

Tədbirdə klipə çəkilən xərcə də aydınlıq gətirilib. “Səbuhassan” deyib ki, onlar kollektiv olaraq işləyiblər və heç bir maddi xərc olmadan klip ərsəyə gəlib.

Əlaqədar

Müğənni ilk toy gecəsindən danışdı
Xristian müğənni İslamı qəbul etdi: “Fəxr edirəm”
Azərbaycanlıların da çox sevdiyi müğənni yenidən evlənə bilər - FOTO
Gənc müğənni yeni kliplə görüşümüzə gəlir
Teqlər:
təqdimat, təqdim, müğənni, klip, şou-biznes

Əsas mövzular