07:13 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Rüstəm Cəbrayılov

Ən gözəl azərbaycanlı tələbəsinə vurulub, amma ona qovuşa bilməyib

© Facebook / Rustam Jabrayilov
MƏDƏNİYYƏT
Qısa URL
6196 0 0

Model Rüstəm Cəbrayılov peşəsini dəyişmək qərarına gəlib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 31 dekabr — Sputnik. Məşhur azərbaycanlı model, Best Model of the World gözəllik müsabiqəsinin qalibi, Amerikada "Ən gözəl azərbaycanlı" çağırılan Rüstəm Cəbrayılov öz peşəsini dəyişmək və sığorta şirkətinin məsləhətçisi olmaq qərarına gəlib. O, Sputnik Azərbaycan-a müsahibəsi zamanı manekenlik həyatını dəyişmək qərarı ilə bağlı ətraflı danışıb.

- Rüstəm, həmkarlarınızdan fərqli olaraq siz karyeranızda xeyli yuxarıya getmisiz. Bəs niyə karyeranı buraxmaq və sığorta şirkətinin işçisi olmaq qərarına gəlmisiz?

- Bilirsiz ki, mən uzun müddət Amerikada yaşayıb işləmişəm. Orada da öz yaşayışımı təmin etmək üçün bir neçə peşəni qarışdırmışdım. Heç vaxt çətinliklərdən qorxmuram və həmişə özümü müxtəlif sahələrdə sınamağa hazıram. Mən hətta Amerikada şüşədüzəldən işləmişəm və bundan utanmamışam. Amma eyni zamanda da model biznesi ilə məşğul olmuşam. Xeyli düşünəndən sonra başa düşmüşəm ki, mən ya bank işi ilə, ya da sığorta ilə məşğul olmalıyam. Çünki bunlar Avropada ən çox tələb olunan peşələrdir. Mən seçim edərkən məhz sığorta üzərində dayandım və sığorta şirkətində işə düzəldim. Məni dərhal işə götürdülər. Düşünürəm ki, məndən yaxşı sığorta məsləhətçisi alınıb.

- Deməli, siz artıq model kimi işləmək istəmirsiz?

- Yox. mən model karyeramı buraxmamışam. Əməkdaşlıqla bağlı təkliflər çox daxil olur. Ona görə də çəkilişləri axşamlara və istirahət günlərinə planlaşdırıram. Təəssüf ki, artıq uzun illər keçməsinə baxmayaraq, ölkəmizdə model biznesi hələ də inkişaf etməyib. Düşünürəm ki, bununla yanaşı aktyorluqla da məşğul olacağam.

- Best Model of the World gözəllik müsabiqəsi bütün həyatınızı dəyişib, sizi bütün dünyada məşhurlaşdırıb. Siz bu gün həmin layihədə iştirak edən gənc həmkarlarınızı necə qiymətləndirisiniz?

Amerikalı müğənni Ledi Qaqa
© AFP 2019 / VALERIE MACON

- Mən bu günlərdə Best Model of the World-un Azərbaycan milli seçimində münsiflər heyətinin üzvü kimi iştirak etdim və iştirakçıların keyfiyyətindən təəccübləndim. Məni tez-tez fəxri qonaq kimi model müsabiqəsinə dəvət edirlər. Sevinirəm ki, bizim ölkədə bu sahəyə maraq artıb. Bu, çox yaxşıdır. Təəssüf ki, modellər normadan artıqdır, amma tekstil sənayesi inkişaf etmir. Düşünürəm ki, zamanla hər şey qaydasına düşəcək.

- Uzun müddət Amerikada yaşamısız. Niyə yenidən vətənə qayıtdız?

- Mənim 10 il müddətinə green-card-ım var. Ona görə də istənilən vaxt ora uça bilərəm. Hərdən Amerikaya gedirəm və sonra qayıdıram. Mən orada ən məşhur model agentliklərindən birində işləmişəm. Hazırda Azərbaycanda çoxlu planlarım var. Bu günlərdə hətta yeni bədii filmə çəkilmişəm və o yaxın vaxtlarda təqdim ediləcək.

View this post on Instagram

A post shared by Rustamjabrayilovofficial🚯🔞🚭 (@rustamjabrayilovofficial) on

- Amma sizin ilk filminiz olan "Don Marleone" bir o qədər də uğurlu alınmadı…

- Film yüksək səviyyədə çəkilib. Orada peşəkar aktyor və modellər iştirak edib. Film öz qrafikası, səsi və rəngləri ilə adamı valeh edir. Amma təəssüf ki, siz haqlısız, o, uğurlu olmadı. Bunun səbəbi odur ki, bizdə əsasən komediyalar çəkməyi xoşlayırlar.

- Bəs sizə hansı obraz yaxındır?

- Hazırda mən dramatik filmdə çəkilirəm. Bu filmdə mənim tərəf müqabilim Gülzar Qurbanovadır. Mən orada öz tələbəsinə vurulan müəllim rolunu canlandırıram. Təəssüf ki, hansı dövrdə yaşamağımızdan asılı olmayaraq, bu sevgi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Ona görə də mən bu filmdə ömrümün sonuna qədər sevdiyimə qovuşa bilmirəm.

- Rüstəm, bəs sizin real həyatınızda sevgi var?

- Gəlin, bu suala cavab verməyim. Çünki bu mövzuda danışmaq istəmirəm.

Əsas mövzular