Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şahmar Ələkbərovun yubileyi: Xatirələrdə yaşayan ikinci həyat

© Sputnik / Kemale AliyevaВечер, посвященный 75-летию народного артиста Азербайджана Шахмара Алекперова. Баку, Музейный центр, 17 июля 2018 года
Вечер, посвященный 75-летию народного артиста Азербайджана Шахмара Алекперова. Баку, Музейный центр, 17 июля 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Aktyorun xatirə gecəsində bir çox mədəniyyət xadimləri çıxış ediblər. Onların hamısı bir şeyi deyiblər: Şahmar Ələkbərov xalqın elə bir oğlu olub ki, onu hər bir evdə gözləyiblər, hörmət ediblər və seviblər

BAKI, 17 iyul — Sputnik. "Şahmar Ələkbərov aktyor kimi doğulmuşdu və həmişə deyirdi: əgər ikinci dəfə həyata gəlsəydi, yenə də bi sənəti seçərdi". Bu sözləri dahi aktyorun 75 illiyinə həsr olunmuş gecədə Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev söyləyib.

Aktyor Bəhram Əliheydər Məcnun rolunda - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məcnunu oynayan aktyor: "Dedilər ki, "Biz sənə göstərərik, Allah var, ya yox!"

Sputnik Azərbaycan xəbər verir ki, tanınmış aktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi Muzey Mərkəzində baş tutub. Gecə Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Kinematoqrafçılar İttifaqının dəstəyi ilə keçirilib.

Əminliklə söyləmək olar ki, dahi aktyora pərəstişkarlarının ürəyində, eləcə də Azərbaycan kinosu tarixində yer tutmaq üçün bir həyat da bəs edib. Şahmar Ələkbərovun vəfatından 25 il keçməsinə baxmayaraq, onu hələ də xatırlayır, sevir və ona baxırlar. Aktyorun xatirəsini yad etmək üçün ən yaxın adamları və dostları, vaxtilə bir yerdə çalışdığı, filmlərə çəkildiyi həmkarları və mədəniyyət xadimləri toplaşmışdılar.

Muzey Mərkəzinin foyesində Şahmar Ələkbərovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təşkil edilmişdi. Qonaqlar bu sərgiyə maraq və bir qədər də kədərlə baxırdılar. Çünki aktyorun adı ilə Azərbaycan kinosunun bütöv bir dövrü bağlı idi.

© Sputnik / Kemale AliyevaŞahmar Ələkbərovun 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi
Şahmar Ələkbərovun 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi - Sputnik Azərbaycan
1/10
Şahmar Ələkbərovun 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi

2/10

3/10

4/10

5/10

6/10

7/10

8/10

9/10

10/10

Tədbir Mərkəzin akt zalında keçirilirdi. Qonaqları onun həyat yoldaşı, iki qızı və oğlu salamlayırdı. Onun uşaqları jurnalistlərlə danışmaqdan qəti imtina edərək, bunu onun nəvəsinin edəcəyini bildirirdilər. Nəvəsi də rejissor kimi Şahmar adı daşıyır. Şahmar Katibli babasının həyatı ilə bağlı qohumlarının xatirəsini toplayır.

"Valideynlərim həmişə mənə onun haqqında danışıblar. Onun məktəbdə necə oxuması, necə gözəl aktyor olması barədə. Mən onun barəsində çox şeyi iştirakı ilə çəkilən filmlərdən öyrənmişəm. Uşaqlıqda çox şeyi başa düşmürdüm. Amma böyüyəndən sonra onun Azərbaycan kinematoqrafiyası üçün hansı işləri gördüyünü anladım. Buna görə də, onun kimi adamın nəvəsi olmaqdan qürur duyuram" — deyə Şahmar Katibli bildirib.

Dostu haqqında danışan Əminə Yusifqızı göz yaşlarını güclə saxlayıb. O, etiraf edib ki, heç vaxt Şahmar Ələkbərovun doğum gününün qeyd edilməsində iştirak etməyib. Ona aktyorun ölümündən sonra yubiley gecələrində iştirak etmək çox ağırdır: "Biz uzun illər bir yerdə işləmişik və bir-birimizi çox yaxşı tanıyırdıq. O, mənim təkcə həmkarım deyil, həm də sirlərimi bölüşə bildiyim dostum idi. Şahmar da həmişə deyirdi ki, məni özünə həyat yoldaşından da yaxın sayır. Çünki sirlərini mənimlə bölüşə bilirdi".

O, etiraf edib ki, hələ sirləri saxlayır və bu sirləri özü ilə aparacaq.

Aktyorun xatirə gecəsində bir çox mədəniyyət xadimləri çıxış ediblər. Onların hamısı bir şeyi deyiblər: Şahmar Ələkbərov xalqın elə bir oğlu olub ki, onu hər bir evdə gözləyiblər, hörmət ediblər və seviblər.

Çıxışlar arasında aktyorun iştirak etdiyi "Yeddi oğul istərəm", "Mən ki gözəl deyildim", "Axırıncı aşırım", "Həyat bizi sınayır",  "Qatır Məmməd", "Bakıda küləklər əsir" və s. filmlərdən fraqmentlər göstərilib.

Xatırladaq ki, aktyor uzun sürən ağır xəstəlikdən sonra 1992-ci il avqustun 12-də 49 yaşında  vəfat edib.

Xəbər lenti
0