10:59 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Akademik Milli Dram Teatrı

Son üç gün qaldı

© Sputnik / Irade CELIL
MƏDƏNİYYƏT
Qısa URL
32 0 0

Kollektiv mövsümü iyulun 14-də "Qarabağnamə" tamaşası ilə yekunlaşdıracaq

BAKI, 11 iyul — Sputnik. Akademik Milli Dram Teatrı bu mövsümün son tamaşasını göstərəcək. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kollektiv mövsümü iyulun 14-də "Qarabağnamə" tamaşası ilə yekunlaşdıracaq.

Ötən mövsümdə Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən "Min nəfəs, bir səs" Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi "Cəhənnəm sakinləri" tamaşasını oynayıb.

Mövsüm ərzində Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edib. Ölkəmizin teatr həyatı üçün səmərəli danışıqlarla yadda qalan bu görüşlərdə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb.

Bildiyimiz kimi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Akademik Milli Dram Teatrının kollektivi festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında "Cəhənnəm sakinləri" tamaşası ilə uğurlu çıxış edib. Pirallahı tamaşaçıları qarşısında "Vəsiyyət" tamaşasını oynayan kollektivin növbəti səfəri Xaçmaza nəzərdə tutulub.

Mövsüm ərzində teatrın truppasından xalq artisti Ramiz Novruz Prezidentin fərdi təqaüdünə, xalq artisti Rafiq Əzimov "Şöhrət" ordeninə, Sabir Məmmədov və Əjdər Həmidov xalq artisti, Rövşən Kərimduxt əməkdar artist fəxri adına layiq görülüblər.

O cümlədən Teatr Xadimləri İttifaqının "Sənətkar" ordeni Azərbaycan teatrının inkişafında xidmətləri olan görkəmli sənətkarlarımız Nazim Bəykişiyev, Kazım Abdullayev və Hicran Nəsirovaya təqdim olunub. Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli isə Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı gənc rejissoru" mükafatını qazanıb.

Yola saldığımız mövsümdə teatrımızda yeni — "İuda", "Cəhənnəm sakinləri", "Qətibə İnanc", "Rəqs edə pinqivinlər", "Şah Qacar", "Gəl baharım, gəl yazım", "Bir iki, bizimki", "Qəribə, çox qəribə, əhvalat", "Sinif yoldaşları", "Manqurt", "Ah, bu uzun sevda yolu" tamaşaları təhvil verilib.

Əlaqədar

Teatr həvəskarlarına xoş xəbər var
Mahnı Teatrı Rəşidə Behbudovanın ittihamlarına cavab verdi
Teatrşünas alim III Şəki Beynəlxalq Teatr Festivalının əhəmiyyətindən danışır
"Teatra gələndə gecikdiyimi düşündüm"
Bu gün Beynəlxalq Teatr Günüdür
Teqlər:
mövsüm, Akademik Milli Dram Teatrı, rejissor, aktyor, tamaşa

Əsas mövzular