18:57 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Nərmin Kərimbəyova

Yüksələn estrada ulduzu Bakıda solo konsert verəcək

© Foto: Facebook/Narmin Karimbayova
MƏDƏNİYYƏT
Qısa URL
69 0 0

Nərmin Kərimbəyova mayın 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ilk solo konsertini verəcək

BAKI, 8 may — Sputnik. Azərbaycan estradasının yüksələn ulduzu Nərmin Kərimbəyova mayın 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ilk solo konsertini verəcək. Şounun təşkilatçılarının Sputnik Azərbaycan-a verdikləri məlumata görə, ifaçı tamaşaçılara repertuarında olan ən məşhur kompozisiyaların daxil edildiyi yeni konsert proqramını təqdim edəcək.

Nərmin Kərimbəyovanın solo konsertinin afişası
Afişa
Nərmin Kərimbəyovanın solo konsertinin afişası

Kərimbəyovanın adı geniş tamaşaçı kütləsinə 2015-ci ildən — o, Beynəlxalq Televiziya Vokal şousunun Azərbaycan versiyası olan "Azərbaycanın səsi"ndə iştirak edəndən tanışdır. Gənc ifaçı layihənin yarımfinalına Əməkdar artist, müğənni və bəstəkar Tünzalə Ağayevanın komandasında gəlib. "Ain't nobody", "How Am I Supposed To Live", "Qara gözlər", "Çiçək yağışı", "Gülümse Kaderine" kompozisiyalarını ifa edən Kərimbəyova, dinləyicilərdə səmimi, özünəməxsus və güclü vokal təəssüratı bağışlayıb.

Odur ki, Kərimbəyova repertuarını yeni kompozisiyalarla zənginləşdirib və onları konsert gecəsi tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, Sputnik Azərbaycan Nərmin Kərimbəyovanın konsertinin informasiya tərəfdaşıdır.

Əlaqədar

Xalq artisti Cümhuriyyətin yubileyinə silsilə konsertlər həsr edəcək
İlham Əliyevin qələbəsinə həsr olunmuş konsertdən maraqlı görüntülər - FOTOLENT
Məşhur müğənni Bakıda solo konsert verəcək
Aygün Kazımova qumarxanada konsert verdi, kişilər heyran qaldı
Əfsanəvi musiqi qrupu Bakıda konsert verəcək
Teqlər:
Nərmin Kərimbəyova, solo konsert, Sputnik Azərbaycan, estrada, ulduz, Azərbaycan

Əsas mövzular