Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya alimləri Azərbaycanın irsini öyrənərək təbliğ edəcək

© Sputnik / Ilham AhmadovBəzi hallarda isə təmir-bərpa işləri abidənin tarixi görkəminə ciddi zərər vurur
Bəzi hallarda isə təmir-bərpa işləri abidənin tarixi görkəminə ciddi zərər vurur - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə çərçivəsində bütün bölgənin etnoqrafik və mədəni irsini öyrənmək, sertifikatlaşdırmaq və qorumaq istiqamətində konsepsiyasının hazırlaması nəzərdə tutulur

BAKI, 18 aprel — Sputnik. Azərbaycan memarlıq və digər abidələrin öyrənliməsinə və qorunmasına böyük diqqət ayırır. Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, Azərbaycanda və ümumilikdə bütün Qafqazda hələ də qeydə alınmamış, öyrənilməmiş və qorunmayan zəngin irs mövcuddur. Onların pasportlaşdırılmasına ciddi ehtiyac duyulur.

Bu məqsədlə Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü və YUNESKO-nun mənəvi ənənələrin və dinlərarası dialoqun müqayisəli tədqiqatları kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif ölkələrin alim və tədqiqatçılarından ibarət işçi qrup yaradılıb.

İşçi qrupa Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər ölkələrin alimləri daxildir. Ora müxtəlif ölkələrdən mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur.

Layihə çərçivəsində bütün bölgənin etnoqrafik və mədəni irsini öyrənmək, sertifikatlaşdırmaq və qorumaq istiqamətində konsepsiyasının hazırlaması nəzərdə tutulur.

Birinci mərhələdə 2018-ci ilin 24-29 aprel tarixində Azərbaycanın qərb regionundakı qədim abidələr, qəbiristanlıqlar, qoçdaşlar (daş qoyun və at totemləri), eləcə də mühafizəyə və bərpaya ehtiyacı olan dini tikililərin pasportlaşdırılması üzrə pilot layihə başlayacaq.

24 aprel saat 13:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Azərbaycanın memarlıq, mədəni, mənəvi, etnoqrafik və tarixi irsini öyrənmək və təbliğ etmək üçün müxtəlif ölkələrindən gələn alim və tədqiqatçılardan ibarət yeni yaradılmış İşçi Qrupunun mətbuat konfransı olacaq.

Əlaqə üçün:

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru

Xəbər lenti
0