00:47 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidə

Cümhuriyyət ilinin loqotipi hazırlanıb

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
MƏDƏNİYYƏT
Qısa URL
72 0 0

Loqotip "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunması üçün nəzərdə tutulub

BAKI, 17 aprel — Sputnik. Bu il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunub. Bu səbəbdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti 100" loqotipi hazırlanıb.

Sputnik Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli, "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi" haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti 100" loqotipi hazırlanıb.

Loqotipin müəllifi Zaur Həmzəyevdir. Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunması üçün nəzərdə tutulub.

Əlaqədar

İskəndərov: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf tarixidir”
Prezident 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının növbəti ildönümüdür
Teqlər:
yubiley, loqotip, Mədəniyyət və Turizm Nazirliyi, "Azərbaycan Xalq Cümhuriyyəti ili"

Əsas mövzular