14:11 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Xalq çalğı alətləri

Amerikalı musiqiçidən kamançada möhtəşəm ifa

© Sputnik / Kemale Aliyeva
MƏDƏNİYYƏT
Qısa URL
76 0 0

Amerikalı musiqiçi Qabriel Marin sosial şəbəkə izləyicilərini Azərbaycanın milli musqi aləti olan kamançada ifası ilə şoka salıb.

BAKI, 9 mart — Sputnik. Amerikalı musiqiçi Qabriel Marin sosial şəbəkə izləyicilərini Azərbaycanın milli musqi aləti olan kamançada ifası ilə şoka salıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Marin öz Facebook səhifəsində kamançanı ifa edərkən çəkilən videoçarxı yerləşdirib.

Musiqiçi bildirib ki, yaxında işıq üzü görəcək yeni albomu üzərində işləyir.

"Mən tez-tez iş vaxtı improvizələr edirəm, xüsusilə də kamança ilə. Bununla yanaşı sazda da ifa edirəm. Şərq musiqisini dəlicəsinə sevirəm" — deyə Marin yazıb.

Sosial şəbəkə istifadəçiləri onun milli musiqi alətimizdə ifasına heyranlıqlarını gizlətməyiblər.

Qeyd edək ki, Marin Azərbaycanın milli musiqi alətlərində ifa edən ilk amerikalı deyil. Ona qədər tarda ifa edən musiqiçi Ceffri Verbok məşhur idi.

Qabriel Marin Şimali və Cənubi Hindistan, İran, Türkiyə və Orta Asiya ölkələrinin musiqilərini ifa edir. O, təkcə gitarada deyil, dombıra, tanbur, saz, kamança və digər musiqi alətlərində də ifa etməyi bacarır. Hal-hazırda o, digər xalqların da musiqilərini öyrənir və tez-tez öz çıxışları zamanı səhnədə müxtəlif mədəniyyətlərə aid musiqiləri qarışdıraraq improvizələr edir.

Əlaqədar

Azərbaycan muğamını ifa edən rusiyalı skripkaçı: "Bakını ilk baxışdan sevmişəm"
Azərbaycanlı ifaçı: “Paltarlı və ya paltarsız bədənimi niyə göstərməyim?”
Azərbaycanın gənc ifaçıları "Sən supersən!"in ikinci mövsümündə
İlkin və Sevinc Moskva səhnəsində “Bulaq” rəqsini ifa etdilər

Əsas mövzular