10:53 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
MƏDƏNİYYƏT
Qısa URL
25 0 0

Retro Bakı" sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə sizlərin görüşünə gələcəkdir

BAKI, 24 iyul — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən "Retro Bakı" konsertləri ötən həftə sonu paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindn Sputnik Azərbaycan-a verilən məlumata görə, tanınmış estrada mügənniləri Elnarə Xəlilova, Roza Zərgərli, Leyla Ramazanlı, Dana Durdana, Səbinə Əsgərova, Anar Rəhimli, Könül Məmmədli, Nailə Müslümova, Aytac Vidadiqızı, Mircabbar Mirbabayev, Tafur, Nigar Sülüymanova, Zara Baku, Mirfərhad Həbibi, Aynur Əliyeva öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıblar. Həmçinin, konsertdə "Səma" və "Xəzərim" rəqs qruplarının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. "Retro Bakı" sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə sizlərin görüşünə gələcəkdir.

Əsas mövzular