09:02 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0459
  • RUB0.0222
MƏDƏNİYYƏT
Qısa URL
216 0 0

Əsərdə hər şeyin mahiyyətini pulda görən gəncin başına gələn tragikomik vəziyyətlər işıqlandırılıb

BAKI, 29 iyun — Sputnik. İyulun 29-da yazıçı Natiq Məmmədlinin "Dumana bürünmüş" absurd pyesinin motivləri əsasında hazırlanmış "Yasəmən ağacı" dramatik komediyası nümayiş olunub. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinin ikinci kurs tələbələrinin hazırladığı tamaşa, universitetin "Səda" tədris teatrında göstərilib.

  • Yasəmən ağacı dramatik komediyası
    "Yasəmən ağacı" dramatik komediyası
    © Sputnik / Murad Orujov
  • Yasəmən ağacı dramatik komediyası
    "Yasəmən ağacı" dramatik komediyası
    © Sputnik / Murad Orujov
  • Yasəmən ağacı dramatik komediyası
    "Yasəmən ağacı" dramatik komediyası
    © Sputnik / Murad Orujov
  • Yasəmən ağacı dramatik komediyası
    "Yasəmən ağacı" dramatik komediyası
    © Sputnik / Murad Orujov
  • Yasəmən ağacı dramatik komediyası
    "Yasəmən ağacı" dramatik komediyası
    © Sputnik / Murad Orujov
  • Yasəmən ağacı dramatik komediyası
    "Yasəmən ağacı" dramatik komediyası
    © Sputnik / Murad Orujov
  • Yasəmən ağacı dramatik komediyası
    "Yasəmən ağacı" dramatik komediyası
    © Sputnik / Murad Orujov
  • Yasəmən ağacı dramatik komediyası
    "Yasəmən ağacı" dramatik komediyası
    © Sputnik / Murad Orujov
  • Yasəmən ağacı dramatik komediyası
    "Yasəmən ağacı" dramatik komediyası
    © Sputnik / Murad Orujov
1 / 9
© Sputnik / Murad Orujov
"Yasəmən ağacı" dramatik komediyası

Nəyin bahasına olursa-olsun pul əldə edərək, həyatını dəyişmək istəyən, hər şeyin mahiyyətini pulda görən gəncin başına gələn tragikomik vəziyyətlər, müasir insanı düşündürən ciddi sosial konfliktlərin fonunda tamaşaçıya çatdırıldı. Musiqilər və canlı ifalar isə əsərin ideya xəttini tamamladığından diqqəti cəlb edirdi.

Xatırladaq ki, kursun rəhbəri dosent, əməkdar artist Vidadi Həsənovdur. Səhnə danışığı Kəmalə Mehdiyevaya, səhnə plastikası Sahib Novruzova, musiqi tərtibatı isə Tukay Azərə məxsusdur.

Tamaşada Musiqili teatr aktyoru fakültəsinin ikinci kurs tələbələri Kamil Nazim, Raksana İmirli, Seymur Xudiyev, Ziya Ağa, İmdad Tofiqoğlu, Aytac Quliyeva, Azad Şabanov, Nicat Qurbanzadə, Elvin Şahmədran, Nəzrin Əliyeva, Murad Əziz və başqaları iştirak ediblər.

Əlaqədar

"Düşünürlər ki, Elçinin əsərini tamaşaya qoymaqla dividend qazanacaqlar"
Gözlənilməz qələbənin əsl səbəbi və qəfil soyunan tamaşaçı
Yaddaqalan tamaşaların quruluşçusu
Rejissor: “Mənim tamaşalarımda tamaşaçı darıxmır”
“Nazirin xanımı” tamaşası təqdim olunacaq
Nümayişi qadağan olunan tamaşa
Teqlər:
"Yasəmən ağacı" dramatik komediyası, "Dumana bürünmüş" absurd pyesi, yazıçı Natiq Məmmədli, teatr, tamaşa

Əsas mövzular