Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Filmimiz qonşu ölkədə nümayiş olundu

Abunə olmaq
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Batumidəki baş konsul Rəşad İsmayılov, gürcü və Azərbaycan ziyalıları, teatr, kino xadimləri iştirak ediblər

BAKI, 24 iyun — Sputnik. İyunun 23-də “SOCAR Energy Georgia” MMC-nin Tbilisidəki baş ofisində görkəmli yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında ekranlaşdırılmış “İki yad adam” filminin nümayişi olub.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Batumidəki baş konsul Rəşad İsmayılov, gürcü və Azərbaycan ziyalıları, teatr, kino xadimləri iştirak ediblər.

“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov tədbirdə çıxış edərək Mir Cəlal Paşayevin yaradıcılığından danışıb, görkəmli yazıçının əsərlərinin bugünkü və gələcək nəsillər üçün tərbiyəvi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, 1930-cu illərdə qələmə alınan əsər “ADDIM” Gənclər Təşkilatının sifarişi ilə “Caspian Media Group” şirkəti tərəfindən ekranlaşdırılıb.

Qeyd olunub ki, film ilk dəfə mart ayında Çinin paytaxtı Pekində “World Cultural Open Organization”un dəstəyi ilə keçirilən “Grand Asian Film” beynəlxalq festivalının final gecəsində nümayiş olunub, “Sosial mövzuda ən yaxşı film” və “Ən yaxşı aktyor işinə görə” mükafatlarına layiq görülüb. Apreldə isə film Astanada nümayiş etdirilib. Sentyabr ayında filmin Bakıda nümayişi olacaq.

Filmdə gənc Azərbaycan ailəsinin həyatından bəhs olunur. Bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ərlə arvadın maraqlı ünsiyyətindən bəhs edən film tamaşaçılarda böyük maraq doğurub.

Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur.

Filmdə rolları Əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdul, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları canlandırıblar.

Xəbər lenti
0