09:30 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
MƏDƏNİYYƏT
Qısa URL
24 0 0

Tamaşanın elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri üzrə rəhbəri əməkdar artist Fərhad İsrafilovdur

BAKI, 12 iyun — Sputnik. Akademik Milli Dram Teatrının kiçik səhnəsində Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı "İnsan səsi" tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu monopyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur.

Tamaşanın elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri üzrə rəhbəri əməkdar artist Fərhad İsrafilovdur.

Səhnə əsəri tənha qadının faciəsi üzərində qurulub. Beş illik sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa sevgilisi ilə vidalaşır.

Əlaqədar

"İnsan səsi" nümayiş olunacaq
"Vətənin sevməyən insan olmaz..."
Beynəlxalq Teatr Günü
Türkiyədə teatr aktyoru 3000 manatadək maaş alır
Teqlər:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Akademik Milli Dram Teatrı, Jan Kokto, Qabil Gözəlov, Rino Rodes, Şəhla Əliqızı, Fərhad İsrafilov, Fidan Cəfərova, İlham Rəhimli

Əsas mövzular