07:22 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
124

Qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkən aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib

BAKI, 18 may — Sputnik. Türkiyənin tanınmış aktyoru Payidar Tüfekçioğlu vəfat edib. Sputnik Azərbaycan Hurriyet-ə istinadla xəbər verir ki, qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkən aktyor, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, qaraciyər nəqli üçün bir müddətdir donor axtarışındaymış. İstanbul dövlət teatrlarının internet saytında "Dəyərli aktyorumuz, sevgili Payidar Tüfekçioğlunu itirdik, acımız sonsuzdur" mesajı paylaşılıb. Cümə günü keçiriləcək anma mərasimindən sonra Payidar Tüfekçioğlu Çengelköy məzarlığında dəfn ediləcək.

Sənətçi 1962-ci ildə İzmirdə dünyaya gəlib. Memar Sinan Gözəl Sənətlər Universitetindən məzun olan Tüfekçioğlu, konservatoriya təhsilindən sonra dövlət teatrlarında işə başlayıb. Teatr və kino işləri ilə yanaşı, dublyaj sahəsində də fəaliyyət göstərən Tüfekçioğlu "Hollywood" filmlərinin əhəmiyyətli oyunçularının türk dilində dublyajlarını edib.

O, "Hünkarın Bir Günü", "Kurtlar Vadisi Pusu", "Naciyeyi Kim Sevmez ", "Ölümsüz Aşk ", "Acayip Hikayeler", "Sudan Bıkmış Balıklar", "Yunus Emre Aşkın Yolculuğu " kimi seriallarda rol alıb.

Əlaqədar

Məşhur aktyor prezidenti sərt tənqid etdi
Aktyorumuz "Ən yaxşı kişi ifaçısı" nominasiyası üzrə qalib oldu
Məşhur aktyor cinayətkar aləmə qoşulacaq
Aktyor: “Bizim teatrda boş yer olmur”
Türkiyəli məşhur aktyor avtomobil qəzasına düşüb
Teqlər:
Payidar Tüfekçioğlu, vəfat, serial, Türkiyə, aktyor

Əsas mövzular