20:29 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
99 0 0

Sara Aslanova: ""Kapital"ı indi də keçirlər. Daha Lenin əsərləri istənilmir, amma Marksın "Kapital"ına bu gün də tələbat var. "Kapitalı" bu gün universitetlərdə keçirlər".

BAKI, 30 aprel — Sputnik. Kitabxanalarımızda hələ də sovet dövrünün kitabları saxlanılır. Marksın, Engelsin, Leninin kitabları hazırda Bakının Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) saxlanılır. Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə kitabxanada olub, kitabxanaların vəziyyəti və eyni zamanda sovet dövrünün kitablarının son vəziyyəti ilə maraqlanıb. Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin (MKS) direktor müavini Sara Aslanovanın sözlərinə görə, kitabxanalara hal-hazırda tələbələr və məktəb şagirdləri müraciət edir: "Daha rus kitabları almırıq. Rus ədəbiyyatı da Azərbaycan dilinə tərcümə edilir. Amma Rusiyanın hazırda çap etdiyi kitablar yoxdur. Sovet dövründən qalan kitablarla idarə edirik. Rus məktəblərinin proqramı dəyişmədiyi üçün fondda olan kitablar əlimizdən tutur".

Nərimanov rayonundakı kitabxanalardan biri
© Sputnik / Irade JELIL
Nərimanov rayonundakı kitabxanalardan biri

Kitabxanada sovet dövrünün kitablarından bir nüsxə saxlanılır: "Məsələn, "Kapital"ı indi də keçirlər. Daha Lenin əsərləri istənilmir, amma Marksın "Kapital"ına bu gün də tələbat var. "Kapitalı" bu gün universitetlərdə keçirlər. Biz də oxucuların marağını nəzərə alıb, köhnə rus kitablarının hərəsindən bir-bir saxlayırıq".

Kitabxanalar Rusiyadan yeni kitablar almır, fonddakı kitablar Sovet dövründən qalanlardır
© Sputnik / Irade JELIL
Kitabxanalar Rusiyadan yeni kitablar almır, fonddakı kitablar Sovet dövründən qalanlardır

S. Aslanova deyir ki, indi oxucular yeni kitablara üstünlük verir: "Yeni nə çıxırsa, oxucu bizdən onu istəyir. Sovet dağılandan sonra hansı kitablar nəşr edilibsə, bizdə var. Sovet Ensiklopediyaları, ədəbiyyatı, sevgi romanları və s. kitablarımız var. Ancaq yer az olduğu üçün tələb olunmayan kitablar siyahıdan çıxarılır və silinir".

Kitabxananın şöbə müdiri Təranə Məmmədovanın sözlərinə görə, kitabxanada rus dilində 276025 kitab var.

Yasamal rayonundakı kitabxana
© Sputnik / Irade JELIL
Yasamal rayonundakı kitabxana

Yasamal Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Vəfa Quliyevanın sözlərinə görə, rus dilində kitabları ən çox təqaüdçülər və uşaqlar oxuyur. Kitabxanada Marksın, Engelsin kitabları olsa da, onlara demək olar ki, tələbat yoxdur: "Bəzi kitabları siyahıdan çıxarmışıq. Marksın "Kapital"ını saxlamışıq. Leninin əsərlərini çıxarmışıq. Marksdan, Engelsdən hərəsindən 1 nüsxə saxlamışıq, lazımsızları maklaturaya vermişik. Leninin kitabları və Brejnevin "Torpaq ətri" kitabı hələ də filiallarımızda var. Rus kitablarımız çoxdur, adamın heç əli də gəlmir makulaturaya verməyə. Az da olsa oxucuları var. Müharibə dövrünün ədəbiyyatı da az deyil".

V. Quliyeva qeyd edir ki, MKS-də Azərbaycan dilinə tərcümə edilmiş rus ədəbiyyatı daha çoxdur.

Kitabxana işçiləri bildirir ki, hazırda kitabxanaların oxucuları uşaqlar, tələbələr və təqaüdçülərdir.

Əsas mövzular