06:11 25 Noyabr 2017
Canlı yayım
Madam Batterflyay operasının tamaşası

Qazaxıstanlı vokalçı Azərbaycan səhnəsində

© Sputnik / Vitaly Belousov
MƏDƏNİYYƏT
Qısa URL
4 0 0

"Madam Batterflyay" tamaşasında vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aygül Niyazova iştirak edəcək

BAKI, 20 aprel — Sputnik. Aprelin 29-da Opera və Balet Teatrında C.Puççininin "Madam Batterflyay" operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tamaşada əsas partiyanı Çio-Çio-San rolunu ifa etmək üçün "Astana Opera" Dövlət Opera və Balet Teatrının aparıcı solisti, Qazaxstan Respublikasının Əməkdar İncəsənət xadimi, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aygül Niyazova dəvət olunub.

A.Niyazova Qazaxıstanın ən populyar vokalçılarından biri olmaqla yanaşı, dünyanın bir çox ölkələrində ən mötəbər tamaşa və konsert salonlarında — Carnegie Hall (Nyu-York), Sony Centre for the performing arts (Toronto), Opera Bastilia (Paris), Stadsschouwburg (Brussel), De Doelin (Amsterdam) və s. uğurla çıxış edir. Qeyd edək ki, qazaxstanlı ulduz ilk dəfədir ki şəhərimizə qastrola gəlir.

Tamaşada Şarples rolunda Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin, Pinkerton rolunda Əməkdar artist Fərid Əliyev, Süzuki rolunda Əməkdar artist Səbinə Vahabzadə və başqaları çıxış edəcəklər.

Xatırladaq ki, operanın dirijoru isə Xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Əsas mövzular