07:35 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
17 0 0

Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovanı Bakıdadır

BAKI, 31 yan — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ötən ildə olduğu kimi, bu il də xarici ölkə teatr mütəxəssisləri ilə yaradıcılıq əlaqələrini genişləndirməkdə davam edir.

Sputnik Azərbaycan teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, teatrın 2017-ci il üçün repertuar planında təsdiq olunmuş Canni Rodarinin “Çippolino” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün teatr rəhbərliyi Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovanı Bakıya dəvət edib. 

Rusiyalı rejissorla görüşən ADGTT-nın direktoru Mübariz Həmidov Azərbaycan teatrının tarixi, uğurları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Hazırlanacaq yeni tamaşanın yaradıcı və texniki heyəti, həmçinin tamaşanın səhnə eskizləri ilə tanış olan Y.İvanova Mübariz Həmidovla yeni tamaşanın hazırlanma və nümayiş olunma tarixlərini, habelə, Azərbaycan-Rusiya teatr əlaqələrinin daha da genişləndirilməsi məsələlərini də müzakirə edib.

Qeyd edək ki, hazırda teatrda daha 4 yeni tamaşanın məşq prosesi gedir. Yaxın günlərdə hazırlanan tamaşalardan ikisinin premyerasının  nümayişi nəzərdə tutulur. 

Teqlər:
repertuar, Çippolino” əsəri, teatr, rejissor, tamaşa, Rostov İncəsənət məktəbi, Rostov “Maksimum” teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Mübariz Həmidov, Yelena İvanova, Canni Rodari, Rostov, Rusiya, Azərbaycan, Bakı

Əsas mövzular