01:46 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Rusiyalı rejissor, prodüser Mixail Deqtyar Sputnik Beynəlxalq Mətbuat Mərkəzində

"Bakı kimi şəhər bir daha olmayacaq"

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
11 0 0

"Rusiya kinosu günləri" çərçivəsində Bakıya gələn rejissor Mixail Deqtyar Sputnik-in qonağı olub

BAKI, 14 okt — Sputnik. "Mənim həyatımı Bakıda yaşadığım altı il müəyyən edib". Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransda, rusiyalı rejissor, prodüser Mixail Deqtyar belə deyib.

"Bakı inanılmaz şəhərdir. Mən Bakıda altı il yaşamışam və bu, mənim həyatımın ən parlaq vaxtları olub. Mən buraya 22 yaşında gəlmişəm. Bu mükəmməl şəhər idi: heç kəs qapısını bağlamırdı və bütün həyətlərə girmək olurdu. Orada kabab bişirirdilər və səni yeməyə dəvət edirdilər. Bu, inanılmaz idi və düşünürəm ki, belə bir şəhər daha olmayacaq. Hər dəfə gələndə mən Bakını heyranlıqla seyr edirəm. O, hər gün dəyişib daha da gözəlləşir", — prodüser bildirib.

Mixail Deqtyar Bakıda yaşadığı müddətdə çoxlu dostlar qazandığını və bu münasibətlərin onun həyatını müəyyən etdiyini deyib: "Bakıda mən gözəl insanlarla tanış oldum, biz indi də dostluq edirik. Öz "Reportyor" kitabımda mən Bakı xatirələrimi paylaşmışam. Bir neçə ay Biləcəridə çalışdıqdan sonra Azərbaycan dəmir yollarının su təchizatında çalışmağa başladım. Lakin bütün bunlar mənlik deyildi və mən artıq jurnalist kimi işləməyə başladım. Nəticədə, mən bir il "Azərbaycan gəncləri" qəzetində rus dilində çalışdım, sonra isə Kinemotoqraflar İttifaqında metodist işləməyə başladım".

Qeyd edək ki, prodüserin Bakıya gəlməsinin səbəbi burada keçirilən "Rusiya kinosu günləri"dir. Nizami Kino Mərkəzində onun "Qutu" (rejissor Edvard Bordukov) filmi numayiş olunur. Mixail Deqtyarın sözlərinə görə, filmdə ruslar və qafqazlı gənclərin münaqişəsindən bəhs olunur.

"Mən bir çox sənədli filmlər çəkmişəm. İndi isə bədii film çəkdik. "Qutu" filmi artıq 5 beynəlxalq festivalda iştirak edib və hamısında ən əsas mükafatı — qran-pri qazanıb. Bu filmlə Bakıda keçirilən "Rusiya kinosu günləri" bitir", — rejissor bildirib.

"Film Moskvadakı ruslar və qafqazlı gənclərin münaqişəsinə həsr olunub. Filmin mövzusu isə Azərbaycan üçün çox yaxındır, çünki Moskvada çoxlu azərbaycanlı yaşayır və onlar ksenofobiya təyziqi görürlər. Filmi çəkərkən biz narahat idik ki, onu düz anlamazlar və əksinə ksenofobiyanı artırdığımızı düşünərlər", — deyə o, əlavə edib.

Əlaqədar

Azərbaycan Kazanda keçirilən müsəlman kino festivalında təmsil olunur
Milli kino günündə Azərbaycan kinematoqrafçılarını təbrik etdilər
İlham Əliyev kino xadimləri ilə bağlı eyni gündə iki sərəncam verdi
Kann festivalının jüriləri kinosevərləri məyus etdilər
Azərbaycan kinosunun onurğa sütunu
Teqlər:
"Rusiya kinosu günləri", "Qutu" filmi, Mixail Deqtyar, kino, film, Bakı

Əsas mövzular