15:48 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
3002

Rayon sakinləri "Şeytan ailəsi" əsəri əsasında hazırlanmış "Ağ ölüm" tamaşasını izləyiblər

BAKI, 29 iyun — Sputnik. Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Respublikamızın bölgələrinə qastrol səfərinə start verib. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, V.Siqarevin "Şeytan ailəsi" əsəri əsasında hazırlanmış "Ağ ölüm" tamaşası ilə bu gün yaradıcı heyət Biləsuvar rayonunda çıxış edib.

Bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdirilən tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa ediblər.

Qeyd edək ki, Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki — 88-ci teatr mövsümünə iyul ayının 1-də Astara rayonunda yekun vuracaq.

Əlaqədar

"Ağ ölüm" 6 rayonu dolaşacaq
"Qürbətdən gələn məktublar" Qaxa çatdı
Balakənlilər üçün "Qürbətdən gələn məktublar"
Yeni tamaşa gəlir
Milli Dram Teatrda “Sənətkarın taleyi” tamaşası nümayiş olunub
Teqlər:
Biləsuvar, "Ağ ölüm", "Şeytan ailəsi", qastrol, bölgələr, Dövlət Gənc Tamaşaçılar Teatrı

Əsas mövzular