03:10 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
29 0 0

Məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli keçirilməsi, cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi, onların informasiya alma imkanlarının genişləndirilməsi və həyat tərzinin yaxşılaşdırılmasına yardım etməkdir.

BAKI, 2 iyun — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Кinо Хidməti İdarəsi 1 İyun “Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə 5 nömrəli respublika xüsusi internat məktəbində Sağlamlıq imkanları məhdud görmə, eşitmə və nitq qüsuru olan uşaqlar üçün tiflo və surdo şərhli “Kirpi balası və alma” “Qız qalası əfsanəsi”, və “Lovğa fil balası” cizgi filmlərinin təqdimatını keçirdi. Бакı Şəhər İcra Hakimiyyətinin hazırladığı bu filmlərlə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən “Sehirli xalat” bədii filminin, “Bahar Əyləncələri”, “Balaca çoban”, “Çətin məsələ”, “Mərhəmətin dadı”, “Talada ev”, “Təqib” və “Uçan zürafə” cizgi filmləri də Kino Xidməti tərəfindən təqdim olundu.  

Məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli keçirilməsi, cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi, onların informasiya alma imkanlarının genişləndirilməsi və həyat tərzinin yaxşılaşdırılmasına yardım etməkdir.

Tədbirdə Bakı Şəhər İcra hakimiyyəti Aparatının Kino Xidməti idarəsinin rəisi Gültəkin Nəriman uşaqları bayram münasibəti ilə təbrıg edərək bildirdi ki, dünyanın bir çox ölkələrində cəmiyyət bu cür insanlara xüsusi diqqət ayırır. O qeyd etdi ki, görmə imkanları məhdud, eləcə də nitq və eşitmə qusurlu insanlar üçün böyük əhəmiyyət kəsb edən tiflo və surdo tərcümə ilə müşayət olunan filmlərin hazırlanması vacibdir.

Tədbirdə Gözdən əlillər cəmiyyətinin sədr müavini Reyhan Cəfərova layihənin əhəmiyyətindən danışıraq gələcəkdə bu işlərin davam etdirilməsi üçün çalışacaqlarını vurğuladı.

Daha sonra çıxış edən Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov 5 nömrəli respublika xüsusi internat məktəbinin direktoru İradə Vəzirova bu işə dəstək verən hər bir kəsə minnətdarlıq etdilər. Qeyd olundu ki, bu nəcib işi davam etdirmək üçün digər dövlət qurumları da bu təşəbbüsə qoşulmalı, öz maddi və mənəvi dəstəyini “Sərhədsiz incəsənət” layihəsindən əsirgəməməlidirlər.

Sonda tiflo və surdo şərhlə müşayət olunan “Lovğa fil balası” cizgi filmi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən hazırlanmış konsert proqramı nümayış olundu.

Əsas mövzular