11:57 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Əkrəm Əylisli, yazıçı

Yazıçı Əkrəm Əylisli saxlanıldı

© Photo : APA
MƏDƏNİYYƏT
Qısa URL
21511

Yazıçını Venesiyaya getməyə qoymadılar.

BAKI, 30 mart-Sputnik. Yazıçı Əkrəm Əylisli bu gün səhər Venesiyada 30 mart — 2 aprel tarixlərində keçirilən "Incroci Di Civilta" Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı idi. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Sputnik-in məlumatına görə, həyat yoldaşı Qalina Əylislinin "Turan" agentliyinə bildirib ki, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb.

Q.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin hava limanındakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2013-cü ildə Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində ("Daş yuxular" romanı nəzərdə tutulur-red.) Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif edib.

"Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir." — sərəncamda qeyd olunub.

Ə.Əylislinin bu səbəbdən xaricə çıxışının məhdudlaşdırıldığı ehtimal edilir.

Teqlər:
"Daş yuxular" romanı, Venesiya, Əkrəm Əylisli, Xalq yazıçısı, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi, İlham Əliyev, yazıçı

Əsas mövzular