07:58 25 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Sevinc Məmmədova, müəllimə

Azərbaycanlı gənclərin rekord qıran filmi qalmaqala səbəb oldu

© Foto : Şəxsi arxivindən
MƏDƏNİYYƏT
Qısa URL
603741

Bir jurnalist "Ucqar kəndin gənc müəllimi" layihəsinin müəlliflərini oğurluqda ittiham edir, qarşı tərəf isə ittihamı rədd edir. Problem məhkəmə müstəvisinə çıxarıla bilər.

BAKI, 4 fev — Sputnik. Gənclər Fondunun maliyyə dəstəyi ilə, Qalib Kazımlının layihəsi olan "Ucqar kəndin gənc müəllimi" adlı qısa metrajlı film hər kəsin marağına səbəb olub. Sosial şəbəkələrdə ən çox izlənilən və paylaşılan layihələrdən olan "Ucqar kəndin gənc müəllimi" ilə bağlı qalmaqal meydana çıxıb. Belə ki, modern.az saytının jurnalisti Aytən Bağırzadə Qalib Kazımlını layihə oğurluğunda ittiham edib.

O, özünün "Facebook" səhifəsində bildirib ki, layihə bir ildir həyata keçirilir və bu layihəni məhz onlardan oğurlayıblar: "Artıq iki ilə yaxındır ki, Modern.az-ın "Ucqar kəndin gənc müəllimi" layihəsi start götürüb. Məqsəd ölkəmizin ucqar kəndlərində çalışan gənc müəllimləri təbliğ etməkdir. Şəhər mühitinə alışmış gənc pedaqoqların kənddə hansı şəraitdə yaşadıqları, o şəraitə necə uyğunlaşdıqları, çətinlikləri, problemləri bu layihə çərçivəsində ictimaiyyətə təqdim olunur".

"Bu layihə çərçivəsində indiyə kimi ucqar kənddə işləyən onlarla müəllimdən müsahibələr götürülüb, onların problemləri, arzu və istəkləri, pedaqoji fəaliyyətləri, təhsildəki çatışmazlıqlar mətbuat səhifələrinə gətirilib", —yazır jurnalist.

A. Bağırzadə indiyədək Gədəbəy, Astara, Lənkəran, Qazax, Qəbələ, Tovuz, Quba, Qusar və s. rayonların ən ucqar kəndlərində işləyən müəllimlərlə həmsöhbət olduqlarını bildirir: "Bu layihə Təhsil Nazirliyinin hər zaman diqqətini çəkib. Onu demirik ki, buna görə nazirin xüsusi təşəkkürü bizə çatdırılıb. Amma bu qədər müddətdə çəkdiyimiz zəhməti başqaları bir göz qırpımında mənimsəməyə çalışır. İndi kimlərsə layihəni öz adlarına çıxırlar".

Jurnalist xanım Gənclər Fondunu ünvanına da sərt ismarıclar ünvanlayıb: "Məsələ ilə bağlı Gənclər Fondu ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı. Fondun ünvanında olan telefon nömrələrinin heç biri cavab vermədi. Belə olan təqdirdə təbii ki, icraçı direktor Fərhad Hacıyevlə əlaqə saxlamaq cəhdlərimiz alınmayacaqdı və alınmadı da. Görünür Fond hansısa layihə üçün vəsait ayıranda hər hansı araşdırma aparmadan, ağına-bozuna baxmadan pul paylayır. Hələ bunu demirik ki, bəlkə ortada tapşırıq-filan da var… Axı hər yoldan ötənin oğurluq layihəsinə pul ayrılmaz".

Qalib Kazımlı, filmin layihə rəhbəri
Qalib Kazımlı, filmin layihə rəhbəri

"Ucqar kəndin gənc müəllimi" layihəsinin rəhbəri Qalib Kazımlı Sputnik-ə açıqlamasında oğurluq məsələsinə belə münasibət bildirdi: "İlk olaraq onu bildirmək istəyirəm ki, hər yazılan yazı və hər verilən müsahibəni layihə adlandırmaq olmaz, əgər elə olarsa, o zaman görün gün ərzində neçə minlərlə layihə keçirilir. Layihə yazmaq o demək deyil ki, onu təkcə sən edəsən, biz hamımız bir ölkəyə qulluq edirik, ölkənin problemi hamımızın problemidir, şəxsən mənim üçün sevindirici hal olar ki, bu təşəbbüslə başqa bir gənc də Gənclər Fonduna müraciət elesin. Əsas odur ki problemi hell eləməyə çalışaq".

Filmin rejissoru Cavanşir Eladisoy Sputnik-ə açıqlamasında əziyyəti ilə ərsəyə gələn layihə haqqında oğurluq ittihamı səslənməsini qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, bir günə bütün Azərbaycanı əhatə edən, telekanalların gündəmini zəbt edən layihənin, heç kimin xəbəri belə olmadığı bir yazıdan oğurluq adlandırılmasının bir səbəbi var — özünüreklam.

"Adamlar şou-biznes xəbərlərinin təsirindən rahat reklam yolu tapıblar. O şəxslər başa düşməlidirlər ki, etdikləri sadəcə etdiyiniz müsahibədir. Deyən gərək, biz niyə sizdən oğurlamalıyıq? Biz Azərbaycan gənci olaraq bilmirik ki, ölkənin ən yaralı yeri təhsil, təhsilin də ən yaralı yeri ucqar kəndlərdəki müəllim çatışmamazlığıdır? İnsanlarda bu aşırı paxıllıq hissi belə yüksək səviyyədə olmasa, bilirsiniz necə inkişaf etmiş olarıq?! Heyf ki, hamı anlamır bunu və sonda bu cür nəticələrlə üzləşirik", —deyir rejissor.

Onun sözlərinə görə, dünya kino tarixində də bu cür yanaşma yoxdur: "Kimsə mafiya, futbol, maşın yarışları, rinqdəki boksçu haqqında kino çəkdisə, başqası çəkə bilməz? Sən gəl müsahibə al, sonra denən ki, eynidir. Gülməlidir, vallah. Tamam, əsas gətirsinlər, əsaslandırsınlar ittihamlarını. Əsaslandırmasalar amma, bizim Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən rahat şəkildə onları əsassız oğurluq ittihamına və ictimaiyyətin gözündə yalnış rəy formalaşdırdıqlarına görə məhkəməyə vermək ixtiyarımız var".

Cavanşir Eladisoy, filmin rejissoru
Cavanşir Eladisoy, filmin rejissoru
Gənclər Fondunun icraçı drektoru Fərhad Hacıyev də Sputnik-ə açıqlamasında məsələyə aydınlıq gətirib: "Biz bu layihəni maliyələşdirmişik. Ona görə ki, maraqlı layihədir. Biz layihə haqqında müəllif hüquqlarından soruşmuşuq, orada belə bir layihənin qeydiyyatdan keçməsi haqqında heç bir sənəd yoxdur. Sənəd yoxdursa, belə iddia yersizdir. Həm onlar müsahibə janırında keçiriblər bu layihəni, bizim maliyyə ayırdığımız layihə isə qısametrajlı filmdir".

Əlaqədar

Ən populyar əcnəbi cizgi filminin qadağan edilməsi təklif olunur
"Azərbaycana gəlib, orada film çəkmək istərdim..."
Azərbaycan filmi Paris festivalında mükafat qazandı
"Bəyin oğurlanması" filminin Ələsgəri dünyasını dəyişdi
Biz onun filmləri ilə böyüdük
Teqlər:
Cavanşir Eladisoy, Qalib Kazımlı, Aytən Bağırzadə, "Ucqar kəndin gənc müəllimi", Gənclər Fondu

Əsas mövzular