03:16 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Maqsud İbrahimbəyova “Şərəf” ordeni təqdim edilib

Xalq yazıçısına "Şərəf" ordeni təqdim edildi

© mct.gov.az
MƏDƏNİYYƏT
Qısa URL
3202

Nazir Əbülfəs Qarayev Prezidentin sərəncamı ilə təltif olunan Maqsud İbrahimbəyova "Şərəf" ordenini təqdim edib

BAKI, 22 yan — Sputnik. Xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov prezident İlham Əliyevin sərəncamına əsasən, "Şərəf" ordeni ilə təltif olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu gün nazir Əbülfəs Qarayev Maqsud İbrahimbəyova "Şərəf" ordenini təqdim edib.

Nazir yazıçının Azərbaycanda teatr və kino sənətinin inkişafına böyük töhvələr verdiyini deyib: "Maqsud İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşalar səhnəyə qoyulub, həmçinin yazıçının əsərləri xarici dillərə tərcümə olunub".

M. İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Xatırladaq ki, Xalq yazıçısı Maqsud İbrahimbəyov 1935-ci il may ayının 11-də Bakıda anadan olub. O, 1976-cı ildə Azərbaycan Dövlət Mükafatı laueatı, 1979-cu ildə Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, 1988-ci ildə Azərbaycanın xalq yazıçısı, 1995-ci ildə "Şöhrət" və 2005-ci ildə "İstiqlal" ordenləri ilə təltif olunub.

Dünyanın və Azərbaycanın müxtəlif jurnallarında romanları, povestləri və hekayələri dərc olunub. O cümlədən: "Azərbaycan", "Drujba narodov", "Novıy mir", "Yunost", "Roman — qazeta", "Literaturnı Azerbaydjan" və başqalarında. Bu əsərlər sırasında: "Bütün yaxşılıqlara görə ölüm", "Truskavetsə kim gedəcək", "Ondan yaxşı qardaş yox idi", "Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu", "Axırı yaxşı qurtaran əhvalat" və başqalarını qeyd etmək olar. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunub.

M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilib. Onlardan "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Yarımçıq qalmış serenade", "Truskavetsə kim gedəcək", "Gözəl bir gündə" ("V odin prekrasnıy den"), "Sonunucu intervü", "Bayquş gəldi", "Qızıl reys", "Axırı yaxşı qurtaran əhvalat", "Bakı müharibə illərində" filmləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.

Əlaqədar

Fikrət Qocaya “Şərəf” ordeni, Timuçin Əfəndiyevə fəxri diplom
Polad Bülbüloğlu Rusiyanın "Şərəf" ordeni ilə təltif olunub
İlham Əliyev Hicran Hüseynovanı "Şöhrət” ordeni ilə təltif edib
İlham Əliyev səhiyyə nazirini “Şöhrət” ordeninə layiq görüb
Artur Rasizadəyə Belarusun “Xalqlar dostluğu” ordeni təqdim edilib
Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilib
Teqlər:
Əbülfəs Qarayev, Mədəniyyət və Turizm Nazirliyi, "Şərəf" ordeni, prezident İlham Əliyevin sərəncamı, Maqsud İbrahimbəyov, rejissor, kinodramaturq, Xalq yazıçısı

Əsas mövzular