18:57 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Qaçqınlar

Miqrant krizisi, yoxsa bəşəriyyətin faciəsi?

Fuad Ələkbərov
BLOQLAR
Qısa URL
8810

Sosial media şəbəkələrində qaçqınlar haqqında negativ fikirlər bildirənlərə, Qarabağ müharibəsi zamanı həlak olmuş və qaçqın düşmüş vətəndaşları bir anlıq yada salmaq lazımdır.

BAKI, 30 okt — Sputnik. Fuad Ələkbərov, insan hüquqları müdafiəçisi

Dünya mətbuatında "miqrant krizisi” deyilən bir ifadə var. Bu, miqrant krizisi deyil, bəşəriyyətin faciəsidir. Cəmiyyətdə çoxları insan hüquqlarından danışsa da, amma hərəkət etməyə gələndə nədənsə vətəndaş hüquqlarıyla hərəkət edir. Ziqmund Freyd demişkən, "Düşünə bilən hər kəsin insan olması, insan olan hər kəsin düşünə bildiyi mənasını vermir".

Bir insan hüquqları müdafiəçisi kimi, qayıqlarda həyatını itirən insanların, xüsusilə uşaqların ölümünə göz yuma bilmirəm. Bununla əlaqədar, 17 oktyabrda Şotlandiyadan 28 nəfərlik nümayəndə heyəti ilə Fransanın Kale şəhərindəki "Cəngəllik" adlanan qaçqın düşərgəsinə yollandıq. Qaçqın düşərgəsinə çatmamış zibil qalıqlarının yaratdığı üfunət hər yana sirayət edirdi. 

Düşərgədə əsasən Afrikadan və Yaxın Şərqdən gələn altı mindən çox qaçqın var idi. Qeyd edim ki, "Cəngəllik" qaçqınlar üçün bazadır və orada var-yoxu əlindən alınmış, müharibədən qaçmış və zorakılıq qurbanları olan insanları görə bilərsiniz. Qaçqınlar buradan Britaniyaya qanunsuz yolla daxil olmağa ümid edirlər.

Sudandan olan İbrahim adlı qaçqın vəziyyətlərini bu cür izah edir:

"Düşərgədə yaşayanların vəziyyətini özünüz görürsünüz. Hətta, adamlar Fransada sığınacaq istəsələr belə, onları saxlamağa yerləri yoxdur. Ona görə də hamı Britaniyaya getməyə çalışır."

Əfqanıstanlı qaçqın Cavidin sözlərinə görə, “son 3 ayda ən azı 16 insan Britaniyaya keçməyə cəhd göstərərkən həlak olub”.

"Heç kim evini, işini atıb, ailə üzvlərinin həyatını təhlükəyə salan qayıqlara mindirmək istəmir. Ancaq bizim ayrı yolumuz yoxdur."

Sanitar vəziyyətin dəhşətli olmasından çox qaçqınlarda vərəm, ayaqişləmə, posttravmatik stress pozuntusu (PTSP) və dəri xəstəliklərinin əlamətlərini açıq-aşkar görmək olar.

Bir saatdan sonra Kaledə humanitar və hüquq müdafiəsi təşkilatlarının 500 nəfərdən artıq fəallarının da qoşulduğu etiraz aksiyası keçirildi. Aksiya iştirakçıları Fransa və Böyük Britaniya hökumətlərindən ümumdünya “İnsan Hüquqları” deklarasiyasının 13-cü maddəsinə əməl etməyi tələb etdilər. Xatırladım ki, bu maddə insanların bütün dünyada sərbəst hərəkət etmək və yaşayış yerlərini dəyişmək hüquqlarını nəzərdə tutur.

Gözümün önündə fransız polisin 6 və 10 yaşlı uşaqlara gözyaşardıcı qazla müdaxilə etməsi, məni və bir çoxlarını sarsıtdı. Bütün bunlar göstərir ki, şiddət baxımından Fransa polisi ABŞ polisindən heç də geri qalmır.

Avropada sığınacaq axtaran və alan insanların yeni vətəndəki həyata mümkün qədər tez uyğunlaşması, yerli dili öyrənib iş tapması üçün yardıma ehtiyacları var. Avropa ötən əsrin 60-cı illərində buraxılan səhvlərdən ibrət dərsi götürməlidir. Başa düşməlidir ki, insanların sərhədlərdə əziyyət çəkdiyi bir vaxtda sərhədlərini tamamilə bağlasa da bu, heç bir tərəfə xeyir gətirməyəcək.

  • Qaçqınlar
    Qaçqınlar
    Fuad Ələkbərov
  • Sudan qaçqınları
    Sudan qaçqınları
    Fuad Ələkbərov
  • Sudan qaçqınları
    Sudan qaçqınları
    Fuad Ələkbərov
  • Qaçqınlar
    Qaçqınlar
    Fuad Ələkbərov
  • Polislər gözyaşardıcı qazdan istifadə etdi
    Polislər gözyaşardıcı qazdan istifadə etdi
  • Qaçqın düşərgəsində çadırlar
    Qaçqın düşərgəsində çadırlar
    Fuad Ələkbərov
  • Qaçqın çadırlarından birinin içərisi
    Qaçqın çadırlarından birinin içərisi
    Fuad Ələkbərov
  • Qaçqın düşərgəsində zibillik
    Qaçqın düşərgəsində zibillik
    Fuad Ələkbərov
1 / 8
Fuad Ələkbərov
Qaçqınlar

Sosial media şəbəkələrində qaçqınlar haqqında negativ fikirlər bildirənlərə, Qarabağ müharibəsi zamanı həlak olmuş və qaçqın düşmüş vətəndaşları bir anlıq yada salmağı məsləhət görürəm. Gəlin unutmayaq ki, insanpərvərlik insan cəmiyyətini, insan nəslini həyatını qoruyub saxlamaq üçün zəruridir.

Əlbəttə, Avropa ölkələrindən qaçqınları öz vətənlərinə qaytarmaq elə də çətin olmayacaq. Amma bu gün digər düşünən insanlar kimi, məni başqa bir sual daha çox maraqlandırır. Görəsən bu insanların son illər Qərbin “demokratiya maşını”nın çarxları altında əzilərək, viranə qalan və xarabalıqlara çevrilmiş vətənlərini onlara kim qaytaracaq?

Əsas mövzular