İlham Əliyev: Biz əməli-praktiki işlərlə Zəngəzur dəhlizini yaradırıq

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 15.06.2021
Abunə olmaq
Prezident İlham Əliyev Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin əksini tapdığını bildirib.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

"İmzalanmış müttəfiqlik barədə bəyannamə bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırır", - deyə Azərbaycan lideri bildirib.

Sənədin bütün müddəaları ölkələrimiz arasında gələcək əməkdaşlığın əsasıdır, Əliyev deyib.

Bakı və Ankara dünya miqyasında nadir birlik nümunəsi göstərirlər, prezident əlavə edib.

"Bəyannamə tarixi Qars müqaviləsinə söykənir", vurğulayan Azərbaycan lideri bildirib ki, sənəddə əməkdaşlığın ən müxtəlif sferalarına toxunulur.

Türkiyə Şuşada konsulluq açmağı planlaşdırır

"Şuşa Bəyannaməsi ilə biz əməkdaşlığımızın yol xəritəsini təqdim etdik", - deyə öz növbəsində prezident Ərdoğan bildirib.

Həmçinin o Türkiyənin Şuşada konsulluq açmaq niyyəti barədə bəyan edib.

"Biz Şərq-Qərb dəhlizi çərçivəsində istifadə oluna biləcək Zəngəzur dəhlizinin əhəmiyyətini dəstəkləyirik və vurğulayırıq", - Türkiyə lideri qeyd edib.

Ərdoğan iki ölkənin müdafiə və hərbi sahələrdə əlaqələrinə də toxunub. "Müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk", o deyib.

Vətən müharibəsi zamanı Türkiyə PUA-ları və analoji texnikasının rolunu xatırladan Ərdoğan bildirib ki, Azərbaycan bu tipli texnikanın istehsalı ilə də məşğul ola bilər.

Xəbər lenti
0