00:27 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
AZƏRBAYCAN
Qısa URL
11

Zakir Həsənov döyüş növbətçiliyi aparan çoxməqsədli radiolokasiya stansiyalarına, atıcı qurğulara, digər döyüş vasitələrinə baxıb.

BAKI, 14 may — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) bölmələrindən birində olub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan Müdafiə naziri ərazidə döyüş növbətçiliyi aparan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinə baxış keçirib.

Zakir Həsənov döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın daha etibarlı qorunması, həmçinin döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Yeni inşa edilmiş hərbi hissələrə baxış keçirən Müdafiə nazirinə məruzə olunub ki, indiyədək müxtəlif istiqamətlərdə 9 modul və 11 konteyner tipli hərbi hissə şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi üçün istifadəyə verilib.

Hərbi hissələrdə görülən tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və qısa müddətdə başa çatdırılması ilə bağlı göstəriş verib.

Əsas mövzular