18:12 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
AZƏRBAYCAN
Qısa URL
17 0 0

Aİ və Azərbaycan enerji, təhsil, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su ehtiyatlarının yaxşı idarə olunması, hava və su keyfiyyətinin təmin olunması, yaşıl enerji sahələrində əməkdaşlıq edir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Gələn həftə Avropa İttifaqı (Aİ) və Azərbaycan növbəti 7 il üçün prioritet istiqamətlərə dair müzakirələrə başlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Gələn həftə biz növbəti 7 il üçün prioritet istiqamətlərin müzakirələrinə başlayacağıq. Biz inanırıq ki, məhz birlikdə işləyərək daha güclü oluruq", - deyə Yankauskas bildirib.

O, həmçinin vurğulayıb ki, Aİ və Azərbaycan enerji, təhsil, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su ehtiyatlarının yaxşı idarə olunması, hava və su keyfiyyətinin təmin olunması, yaşıl enerji sahələrində əməkdaşlıq edir.

Teqlər:
əməkdaşlıq, Azərbaycan, Avropa İttifaqı

Əsas mövzular