BAKI, 4 fevral - Sputnik. Türkiyə Azərbaycana daha bir gözəl jest edib - 20 ədəd minatəmizləyən maşın göndərib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Twitter hesabından məlumat paylaşılıb.
Bakanlığımız bağlısı ASFAT AŞ tarafından yerli ve millî imkânlarla üretilen 20 adet MEMATT (Mekanik Mayın Temizleme Teçhizatı) kardeş ülke #Azerbaycan’a ihraç ediyoruz. Kayseri’den hareket eden Hava Kuvvetlerimize ait uçakla Bakü’ye ilk parti sevkiyat gerçekleşiyor. @MSB_ASFAT pic.twitter.com/1Qzj4AteZ4
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 4, 2021
"Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən, milli imkanlarla istehsal olunan 20 ədəd MEMATT (mexaniki minatəmizləyən maşın) qardaş ölkə Azərbaycana ixrac edirik. İlk partiya Kayseridən yola düşən Hava Quvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir", - məlumatda deyilir.
Qeyd edək ki, iki gün öncə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb. Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib.