Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"AzerGold" QSC açıqlama yayaraq təkzib verdi

CC BY-SA 3.0 / Julian Nyča / Sotk gold mineНа золотоносном месторождении Зод близ Кельбаджара
На золотоносном месторождении Зод близ Кельбаджара - Sputnik Azərbaycan
Abunə olmaq
"Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC asosiasiya edilərək səhvə yol verilmişdir. Adları çəkilən yataqların işlənməsi ilə bağlı Cəmiyyətə indiyədək hər hansı bir müraciət daxil olmayıb".

BAKI, 18 noyabr - Sputnik. Bu gün bəzi yerli kütləvi infomasiya vasitələrində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqda xəbərlər yayılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "AzerGold" QSC-nin mətbuat katibi Ariz Tarverdiyev özünün facebook səhifəsində yazıb.

Qızıl və gümüş yatağı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Zəngilan və Kəlbəcərdə qızıl yataqlarının işlənməsinə dair müqavilələr imzalanıb

Onun sözlərinə görə, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə " 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" Dövlət şirkəti ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS" arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

"Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC asosiasiya edilərək səhvə yol verilmişdir. Qeyd edək adları çəkilən yataqların işlənməsi ilə bağlı Cəmiyyətə indiyədək hər hansı bir müraciət daxil olmayıb".

Xəbər lenti
0