23:00 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
36 0 0

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 19 oktyabr 2020-ci il tarixlərində 708 siqnal əsasında 588 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

BAKI, 20 oktyabr - Sputnik. 2020-ci il 19 Oktyabr tarixində Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Kürdəmir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 19 (on doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a ANAMA-dan məlumat verilib.

Daxil olmuş 20 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Şənlik, Nəcəfqulubəyli, Poladlı kəndləri, Ağdam rayonunun Çəmənli, Alıbəyli, Paşabəyli kəndləri və Ergi qəsəbəsi, Bərdə rayonunun Qaradağlı, Soğanverdilər, Təhlə kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Kürdəmir rayonunun Karrar kəndi, Tərtər rayonunun Seydimli, Əskipara, Ələsgərli kəndləri və H.Aslanov küçəsi və Gəncə şəhəri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 12 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 2 ədəd 152 mm-lik top mərmisi (OF-45), 1 ədəd 240 mm-lik top mərmisi (M24F), 1 ədəd dron və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı
ANAMA
Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2 028 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 19 oktyabr 2020-ci il tarixlərində 708 siqnal (əməliyyat çağırışı) əsasında 588 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Kürdəmir, Zərdab, Xızı, Oğuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 99 ədəd partlamamış hərbi sursat (PHS), 1 143 ədəd bombacıq, 1 180 ədəd müxtəlif çaplı patronlar, 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 289 ədəd partlamış raket hissələri aşkar olunub.

Əsas mövzular