11:13 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
26 0 0

Hava hücumundan müdafiə səddinin aşılması və radioelektron mübarizə vasitələrindən istifadə olunmaqla şərti düşmənin hava hücumunun dəf edilməsi kimi tapşırıqlar məşq etdirilib.

BAKI, 10 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin "MiQ-29" və "Su-25" təyyarələrinin cəlb olunması ilə taktiki-uçuş təlimi keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim zamanı qarışıq aviasiya qrupları tərəfindən yerüstü hədəflərin məhv edilməsi, hava hədəflərinin ələ keçirilməsi, hava hücumundan müdafiə səddinin aşılması və radioelektron mübarizə vasitələrindən istifadə olunmaqla şərti düşmənin hava hücumunun dəf edilməsi kimi tapşırıqlar məşq etdirilib.

  • Təlim
    © AR Ministry of Defense
  • Təlim
    © AR Ministry of Defense
  • Təlim
    © AR Ministry of Defense
1 / 3
© AR Ministry of Defense
Təlim

Pilotlar yeni və modernizə olunmuş radioelektron mübarizə vasitələri ilə yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin susdurulması imkanlarını yoxlayıb, eləcə də aviasiya vasitələrinin tətbiqi bacarıqlarını təkmilləşdiriblər.

 

Əsas mövzular